Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açardaşı
Açardaşı — tağın ən üst hissəsində yerləşən daş. Adətən paz və pramida formasında olur. Çox vaxt tağın digər kəmərdaşlarından ölçüsünə və formasına görə fərqlənir. == Əhəmiyyəti == Tağda bütün kəmərdaşlarının yekun istiqamətini simmetrik olaraq müəyyənləşdirir. O həm də tağın davamlılığını və mökəmliyini qoruyub saxlayır. Açardaşı həm də estetik funksiya daşıyır. Memarlıqda açardaşını çox vaxt fərqli şəkildə, bəzəkli və gözə çarpar şəkildə hazırlayırlar. Adətən açardaşını sonuncu olaraq yerləşdirilər tağda. == Qalereya == == Həmçinin bax == Tağ == Xarici keçidlər == Декоративные элементы в романской архитектуре: арка и свод Арабо-мусульманская архитектура.
Çarxaçı
Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır. Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Çardaş (dəqiqləşdirmə)
Çardaş - macar rəqsi. Çardaş (film, 1973) - film.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Lik (Nikteyin qardaşı)
Lik (q.yun. Λύκος) — qədim yunan mifologiyasındakı personaj, Fiv qəhrəmanı, Nikteyin qardaşı, spartalı Xtoniyanın və ya Hiriyey və pəri Kloniyanın oğlu. Onun həyat yoldaşı Dirka idi.
Ağın qardaşı (film, 2012)
Ağın qardaşı qısametrajlı sənədli televiziya filmi rejissor Ruslan Mollayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Mədəniyyət televiziyasında istehsal edilmişdir. ilm Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur. == Məzmun == Film Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur. Vaqif İbrahimoğlu 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır. O, «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.
Şamaxı çariçası
Şamaxı çariçası (rus. Шамаханская царица) — rus yazıçısı Aleksandr Puşkinin "Qızıl xoruz nağılı"nda(ru) personaj. Personaj həmçinin Nikolay Rimski-Korsakovun 1908-ci ilə aid "Qızıl xoruz"(ru) opera-baletində, 1967-ci ilə aid eyniadlı cizgi filmində(ru), 1999-cu ilə aid musiqi tamaşasında və 2010-cu ilə aid "Üç bahadır və Şamaxı çariçası" cizgi filmində var.
Erato (Ermənistan çariçası)
Erato (bilinmir – bilinmir) (arm: Էրատո; böyük ehtimalla eramızın 12-ci ilindən sonra Böyük Ermənistanın Artashat və ya Tiqranakert şəhərində vəfat etmişdir) - Böyük Ermənistan çariçası, Artaşes sülaləsinin sonuncusu, III Tiqranın qızı, IV Tiqranın bacısı və həyat yoldaşıdır. == Bioqrafiyası == Eramızdan əvvəl 5-ci ildə Romalılar IV Tiqran və Eratonu taxtından məhrum edərək əsirlikdə olan III Artavazdeni Ermənistan kralı təyin etdilər, ancaq onu yalnız üç il müddətində taxtda saxlaya bilmişdirlər. Baş tutmuş çevrilişdən sonra IV Tiqran və Erato yenidən taxta çıxdılar. Lakin tezliklə IV Tiqran, şimaldan gəlib Ermənistana hücum edən alanlara qarşı baş vermiş olan bir döyüşdə öldürüldü və bundan sonra Erato taxtdan imtina etmişdir (Eramızın 1-ci ilində). Bəzi məlumatlara görə, Erato 6-11/12-ci illərdə yenidən Böyük Ermənistanın kraliçası olmuşdur. Eratonun getməsi ilə Ermənistanda Artaşsis sülaləsinin hakimiyyəti sona çatmışdır.
Rusudan (Gürcüstan çariçası)
Rusudan (gürc. რუსუდანი}) — Gürcüstan krallığının Baqrationilər sülaləsindən olan çariçası (1223–1245). Çariça Tamar və David-Soslanın qızı. Rusudanın hakimiyyəti illəri Abxaziya və Gürcüstan tarixinin qızıl dövrünün sonunu əhatə edir. Monqollarla döyüşdə ağır yaralanan qardaşı IV Georqun ölümündən sonra 1223-cü il yanvarın 18 — də taxta çıxdı. Rusudanın hakimiyyətinin üçüncü ilində, 1225-ci ilin payızında, Xarəzmşah qoşunları Cəlaləddin Mənguberdinin başçılığı altında Gürcüstanı işğal etdilər. İoann Mxarqrdzelinin sərkərdəlik etdiyi gürcü qoşunları Qarnisi döyüşündə ağır məğlubiyyət uğradıldı. Bundan sonra Xarəzm qoşunlarının Tiflis, Qars və Gəncəyə yolu açıldı. Cəlaləddin Mənguberdinin Tiflisi mühasirəyə alması səbəbindən çariça və ailəsi Kutaisiyə çəkildi. 1224-cü ildə Rusudan Dmitri adı ilə xristianlığı qəbul edən Səlcuqlu şahzadəsi Məhəmməd Muğisəddin Türkan Şahla (sultan II Qılınc Arslanın nəvəsi) evləndi.
Zenobiya (Ermənistan çariçası)
Zenobiya (gürc. ზენობია, erm. Զենոբիա; I əsr, Mtsxeta – I əsr, Qəmərli) — İberiya çarı Radamistin həyat yoldaşı və Ermənistan çarı Mitridatın qızı. 55-ci ildə hamilə olan Zenobiya hakimiyyətdən devrilmiş Radamist ilə qaçmağa çalışmış, lakin qaçmağa davam edə bilməyən Zenobiya ərindən əsir düşməkdənsə həyatına son qoymasını istəmişdir. Radamist onu xəncərlə vuraraq cəsədini Araz çayına atmışdır, lakin Zenobiya ölümcül xəsarət almamış və yerli çobanlar tərəfindən Ermənistan çarı I Trdatın iqamətgahına aparılmışdır. Trdat onu mehribanlıqla qəbul etmiş və ona monarxiyanın üzvü kimi yanaşmışdır. Dédéyan, Gérard. (fransız). Tuluza: Privat. 2007 [1982].
Arxası qibləyə (film, 2009)
Üç bahadır və Şamaxı çariçası
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.
Üç bahadır və Şamaxı çariçası (cizgi filmi, 2010)
Üç bahadır və Şamaxı çariçası (rus. Три богатыря и Шамаханская царица) − "Melnitsa" studiyasının tammetrajlı cizgi filmi. Георгиев С.Г. Три богатыря и Шамаханская царица. М.: Эгмонт. 2011. ISBN 978-5-9539-5758-8 , 978-5-9539-5757-1. Три богатыря и Шамаханская царица "Мельница" saytında (rus.) Filmin rəsmi saytı (rus.) Üç bahadır və Şamaxı çariçası — Internet Movie Database saytında. Filimdə İqor Raseryayev tərəfindən bəstələnmiş Arxivləşdirilib 2011-02-23 at the Wayback Machine "Bahadırlar" mahnısı.