Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. == Həyatı == Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.