Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lillənmə
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Antropodermik cildləmə
Antropodermik cildləmə — insan dərisindən hazırlanan kitab cildləmə üsuludur. Bu üsul hal-hazırda istifadə olunmasa da, XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunurdu. Adətən bu cür cildləmə anatomiyaya dair elmi əsərlərdə daha çox istifadə olunurdu. Həmçinin məhkumların cinayət işlərinin nüsxələri elə öz dəriləri ilə cildlənirdi. Buna misal, 1827-ci ildə İngiltərədə baş vermiş "qırmızı anbarda qətl" hadisəsindəki materiallar edam edilmiş cinayətkar Uilyam Korderin (ing. William Corder) dərisindən cildlənib. Bəzən bu cür kitabları mərhumun razılığı və vəsiyyəti ilə də hazırlayırdılar.