Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çingizxan Ərdoğan
Çingizxan Ərdoğan (keçmiş adı Opan Vladimir oğlu Sat; 13 iyun 1987, Çadan, Tuva MSSR) — Rusiyanın əməkdar idman ustası (sərbəst güləş), üçqat Avropa çempionu. == Həyatı == Çingizxan Ərdoğan Tıvanın Çadan şəhərində anadan olmuşdur. Uşaqlıqdan güləşlə məşğul olurdu. İlk məşqçisi Vladimir Tuluş idi ki, hazırda da onu məşq etdirir. Bundan əlavə, Krasnoyarsk məşqçisi İ. Matiyev də onunla məşğul olur. O, Krasnoyarsk diyarı və Tıvanı təmsil etmişdir. 2014-cü ildə Türkiyə vətəndaşlığını aldı və adını dəyişdirdi. 2017-ci ildə Çingizxan Ərdoğan adı altında Türkiyə millisində debüt etdi.2009-cu ildə Tıva Dövlət Universitetini bitirmişdir. == Mükafatları == Rusiya çempionatının gümüş mükafatçısı (4) - 2009, 2010, 2011, 2012. Avropa çempionu (3) - 2010, 2011, 2013.