İNCİK (incimiş, küsmüş, ürəyi sınmış) Tükəz qan incik səsini ucaltdı (S.Rəhimov); KÜSKÜN Qız, bu küskün könlümü; Bircə sənsən güldürən (H.Cavid). QIRIQ (məc.) Qırıq könlümüz tək saz ad ağlardı (S.Rüstəm); RƏNCİDƏ Son günlər rəncidə görünən Çiçək dedi.. (Ə.Vəliyev); RƏNCİDƏHAL Lakin müvəkkil rəncidəhal gedirdi (B.Bayramov); RƏNCİDƏXATİR Belə şübhəli və bir az da rəncidəxatir xan durub darvazadan çıxdı (Çəmənzəminli); SINIQ (məc.) [Çingiz:] Çingizin gəlmiş məcnun tək məzarını qucub, yorğun ruhunu, sınıq qəlbini sənə təslim etsin (S.S.Axundov).