Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yabanı çiyələklər
Yabanı çiyələklər — 1957-ci ildə İnqmar Berqman tərəfindən çəkilmiş psixoloji dram filmi. Filmin orijinal başlığı olan Smultronstället hərfi mənada "kiçik çiyələk sahəsi" deməkdir, amma simvolik olaraq insan üçün şəxsi və ya sentimental dəyərə malik bir məkanı bildirir. Bu, filmdə keçmişini xatırlayan qoca professoru canlandıran Viktor Xöströmün son ekran işidir. Filmin aktyor heyətinə eyni zamanda Bibi Anderson, İnqrid Tulin, Qunnar Byörnstrand və Maks fon Südov da daxildir. Berqman filmin ssnerasini xəstəxanada olarkən yazdı. İntrospeksiya və insan mövcudluğu kimi fəlsəfi mövzuları özündə ehtiva edən film 8-ci Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film seçildi. Berqmanın ən yaxşı filmlərindən biri olmaqdan əlavə, eyni zamanda, bütün dövrlərdə çəkilmiş ən yaxşı filmlərdən hesab edilir. Deyingən, tərs və eqoist biri olan professor İsak Borq 78 yaşlı dul həkimdir. O, bakteriologiya sahəsi üzrə mütəxəssis olmazdan öncə İsveçin şəhərkənarı ərazisində xidmət göstərib. Lund Universitetinin doktorantı olduqdan 50 il sonra fəxri dərəcə almaq üçün maşınla Stokholmdan Lunda yola düşür.
Supermarketdə çiyələklər
Supermarketdə çiyələklər (serb. Јагода у супермаркету) — 2003-cü ildə çəkilmiş bədii film. Filmin prodüseri tanınmış rejissor — Emir Kusturitsa idi. Yuqoslaviya 90-cı illər. Belqradın ətrafında yerləşən bir provinsial şəhərcikdə əsl amerikan supermarketi açılır. Marketin işçi heyəti yerli sakinlərdən yığılır. Kasirlərdən biri — Yaqoda adlı qız sevgi tapmaq arzusundadır. Ancaq axşam amanı Yaqoda bir yaşlı qadına xidmət etməktən imtina edir. Bir gün mağazaya Marko adlı terrorçu daxil olur. O, onun nənəsinin personal tərəfindən incitdiyini deyərək, işçiləri girov götürür və onları gülləyəcəyi ilə hədələyiir.
Yabanı çiyələklər (film, 1957)