Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Modallıq
Modallıq (fr. modalité, lat. modus - ölçü, üsul) — mühakimənin doğruluq dərəcəsini göstərən fəlsəfi kateqoriya. Hər-hansı bir obyektin mövcudluğu və ya hər hansı bir hadisənin gedişi üsulu (ontoloji M.). Yaxud obyekt, təzahür və ya hadisə haqqındakı anlayış, mühakimə üsulu. Aristotelin işlətdiyi M. anlayışı sonralar klassik fəlsəfəyə daxil olmuşdur. Yeni dövr məntiq və fəlsəfəsində mühakimənin İ.Kant tərəfindən assertorik, apodiktik və problematik mühakimələrə bölünməsi ənənəvi şəkil almışdır.
Çinarlıq
Çinarlıq (fars. چنارلق‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (133 ailə).
Böyük odalıq
Böyük odalıq (fr. La Grande Odalisque) — 1814-cü ildə fransız akademik rəssamı Jan Ogüst Dominik Enqr tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Əsərdə bir cariyə təsvir edilmişdir. Tədqiqatçılar bu əsəri rəssamın neoklassisizmdən ayrılması və eqzotik romantizmə yaxınlaşması dövrünün başlanğıcı kimi qəbul edirlər. Əsər ilk dəfə ictimayətə təbliğ edildiyi zaman böyük marağa səbəb olmuş, incə, uzun ətrafları və anatomik gerçəklikdən uzaqlığı diqqət çəkmişdir. Rəsm əsəri, hazırda Parisdəki Luvr muzeyində sərgilənməkdədir. == Tarixçə == Əsər, Napoleon Bonapartın bacısı Neopolitan kraliçası Karolin Murat tərəfindən sifariş edilmiş və 1814 – cü ildə tamamlanmışdır. Enqr əsəri çəkərkən Corconenin "Yatan Venera" və Tisianın "Urbinolu Venera" əsərlərindən ilham alsa da, əsasən 1809 – cu ildə Jak-Lui Davidin çəkdiyi "Madam Resamierin portreti"nin təsiri altında olmuşdur. Əsərdə bədən ölçüləri normal olmayan bir cariyə uzanmış və arxasını izləyiciyə çevirmiş şəkildə təsvir edilmişdir. Qadının kiçik bir başı, anormal ölçülü qol və ayaqları var.
U (çarlıq)
U ya Şərqi U (çin. ənən. 東吳, sadə. 东吴, pinyin: Dōng Wú, hərfi mənası: "Dun U") — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
Vey (çarlıq)
Vey çarlığı (çin. 曹魏, pinyin: Cáo Wèi) — Üç çarlıq dövründə ən tanınmış, sərkərdə Çao Çao (曹操) tərəfindən əsası qoyulmuş, 220 - 266-cı illərdə mövcud olmuş dövlət. Çao Çao hakimiyyət zirvəsinə neçə-neçə hərbi yürüşlərdən keçərək çatmışdır. İlk olaraq şəxsi hesabına saxladığı beş minlik dəstəyə malik olan Çao Çao Şandunun qərb hissəsini öz əlinə alaraq, sonradan qonşu əyalətləri də özünə tabe etdirə bilmişdir. O, çox müdrik, soyuqqanlı, qəddar və siyasi hissiyata eyni zamanda dərin hərbi biliklərə malik sərkərdə olmuşdur. Bu cəhətlər onu hökmdarlıq zirvəsinə çatdırmışdır.
Çjao (çarlıq)
Çjao (çin. sadə. 趙, pinyin: Zhào) — Döyüşən çarlıqlar dörünə aid e. ə. 403 — e. ə. 222 ci illərdə mövcud olmuş yeddi əsas çarlıqdan biri. Çjao dövləti e.ə. V əsrdə süqut etmiş Çzin dövlətinin əsasında yaranmışdır. Beləki, üç qüdrətli ailən - Han, Vey və Çjao tərəfindən e.
Şu (çarlıq)
Şu (çin. ənən. 蜀漢, sadə. 蜀汉, pinyin: Shǔ Hàn, hərfi mənası: "Şu Han") — Üç çarlıq dövründə 221 — 263 cü illərdə mövcud olmuş dövlət . Şu çarlığının əsası, özünü Han sülaləsinin davamçısı sayan Lyu Bey (劉備) tərəfindən qoyulmuşdur. Lyu Bey “Sarı çalmalılar üsyanını” yatıraraq hakimiyyəti əlinə almış ordu sərkərdəsi olmuşdur. Etdiyi cəhdlərə baxmayaraq uzun müddət ona ərazi bütövlüyünü əldə etmək mümkün olmur. O, ya Vey çarlığının hökmdarı Çao Çao, ya Yuan Şao, ya da Lyu Byaonun tabeçiliyinə keçirdi. Lyu Bey ordusu U çarlığının çarı Sun Çyuanın ordusu ilə müttəfiqləşərək Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 208 ci ildə nəhayət Lyu Bey Çzinçjounun şimal hissəsinə sahib olur. Daha sonra cənuba doğru irəliləyərək Ulin və Çanşa şəhərlərini də əlinə keçirərək, Yantszı çayı boyunca üzü yuxarı irəliləmiş olur.
Üç çarlıq (dövr)
Üç çarlıq, Саньго (çin. ənən. 三國, sadə. 三国, pinyin: Sānguó) — Qədim Çində 220–280-ci illərdə üç Vey, U, Şu, çarlıqlarının bir-biriləri ilə çəkişdikləri dövr. == Tarixi == II əsrin sonu və III əsrin əvvəllərində Çin ərazisindəki çarlıqlararası çəkişmələrin get-gedə artması ön plana bir neçə bacarıqlı sərkərdələr çıxarmış olur. Bunlardan biri Çao Çao şimalda, Xuanxe hövzəsində hökmranlıq edirdi. Onun ölümündən sonra 220-ci ildə onun oğlu Çao Pey Han sülaləsini bitirib, Vey sülaləsinin əsasını qoyaraq özünü Vey çarlığının hökmdarı elan etmişdir. Digər bir sərkərdə Lyu Bey Han sülaləsinin nümayəndəsi kimi ölkənin cənub-qərbində özünü hökmdar elan edərək Şu çarlığını qurur. Üçüncü bir sərkərdə isə Sun Çyuan cənub-şərqdə paytaxtı Nankin olan U çarlığını qurur. beləliklə üç çarlıq fenomeni ortaya çıxmış olur.
Evdarlıq və kulinariya məktəbinin binası
Evdarlıq və kulinariya məktəbinin binası - Rostov-na-Donu şəhərinin ərazisində, Semaşko xiyabanı, Dumsk keçidi ev 51/1 ünvanında yerləşən bina. Bina 1901 eklektika stilində inşa edilmişdir. Binanın memarı Qriqori Nikolayeviç Vasilev olmuşdur. Evdarlıq və kulinariya məktəbinin binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == 1898-ci ildə tacir və «Spistli içkilər kralı» Nikolay İliç Tokarev öz imkanları hesabına Aşbazlıq və evdarlığı ehtiva edən məktəb açır. İlk vaxtlar məktəb Tokarevin qızlar uçilişinin ikinci mərtəbəsində yerləşirdi. 1901-ci ildə Tokarevin imkanları daxilində Qriqori Nikolayeviç Vasilevin layihəsi əsasında Nikolaevski xiyabanında yeni məktəbin inşasına başmışdır. Tokarev binanı şəhərə ehtiva etmişdir. Sovet hakimiyyəti qurulduqdan bina yeməkxana kimi istifadə edilməyə başlanılır. 1990-cı illərdə binada təmir işləri aparılmışdır və «Tereza» kafesiə çevrilmişdir.