Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çoxqatlı, çox təbəqəli ( İnformatika)
Çoxqıllı qurdlar
Çoxqıllı qurdlar (lat. Polychaeta) — heyvanlar aləminin həlqəvi qurdlar tipinə aid heyvan sinfi. 8000-ə yaxın növü var. Ən çox tanınmış nümayəndələri Arenicola marina və neraiddir (Nereis virens). Xəzər dənizində yaşayan 7 növü məlumdur. Çoxqıllı qurdlardan olan Nereis diversicolor növü Xəzər dənizinə Azov dənizindən 1939-1941-ci illərdə gətirilmiş və iqlimə uyğunlaşdırılmışdır. Hypania invalida və Hipaniola kowalewskii Xəzər dənizində lildə yaşayırlar. Mercierella enigmatica Xəzər dənizində Azov dənizindən 1960-cı illərdə yapışaraq gəlmişdilər. Azqıllı qurdlar (Oligochaeta) Həlqəvi qurdlar tipinin ayrıca sinfidir. Hazırda 5000 növü məlumdur və Xəzər dənizində 32 növü qeyd edilmişdir.
Yozqatlı Mustafa Paşa
Yozğadlı Mustafa Paşa (ö. 17 dekabr 1698) — II Əhməd dövründə ümumilikdə 1 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. İndiki Yozğad rayonunda dünyaya gəlmiş, bu səbəblə tarixi mənbələrdə rayonun o illərdəki adı ilə Bozoxlu olaraq anılır. Atasının adı Dərviş Mehmeddir. At minməkdə olan qabiliyyəti ilə bölgədə vəzifədə olan paşaların diqqətini cəlb edərək Kiçik sipahi adını aldı. IV Mehmed dövründə Əndəruna alındı və has odada xidmətə göstərdi. Ardından silahdarlığa gətirildi. Uzun müddət bu vəzifədə qaldıqdan sonra yeddinci vəzirliklə birlikdə kaptan-ı dərya oldu (14 yanvar 1681). Kaptan-ı dəryalığı əsnasında Fransa ilə münasibətlər pisləşdi. Saqqız adasındakı doqquz Osmanlı gəmisinə hücum edən Fransız donanması yerli əhalidən 110 nəfərin ölümünə səbəb oldu.