Yozqatlı Mustafa Paşa

Yozğadlı Mustafa Paşa (ö. 17 dekabr 1698) — II Əhməd dövründə ümumilikdə 1 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Yozğadlı Mustafa Paşa
بوزوكلو مصطفى باشا
27 mart 1693 – 14 mart 1694
ƏvvəlkiMərzifonlu Çalıq Hacı Əli Paşa
SonrakıSürməli Əli Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1638
Doğum yeri Yozğad
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası Dərviş Mehmed
Həyat yoldaşı Beyhan Sultan
Uşağı Hüseyn bəy
Hərbi xidmət
Qoşun növü Osmanlı ordusu
Rütbəsi Admiral

İndiki Yozğad rayonunda dünyaya gəlmiş, bu səbəblə tarixi mənbələrdə rayonun o illərdəki adı ilə Bozoxlu olaraq anılır. Atasının adı Dərviş Mehmeddir. At minməkdə olan qabiliyyəti ilə bölgədə vəzifədə olan paşaların diqqətini cəlb edərək Kiçik sipahi adını aldı. IV Mehmed dövründə Əndəruna alındı və has odada xidmətə göstərdi. Ardından silahdarlığa gətirildi. Uzun müddət bu vəzifədə qaldıqdan sonra yeddinci vəzirliklə birlikdə kaptan-ı dərya oldu (14 yanvar 1681).

Kaptan-ı dəryalığı əsnasında Fransa ilə münasibətlər pisləşdi. Saqqız adasındakı doqquz Osmanlı gəmisinə hücum edən Fransız donanması yerli əhalidən 110 nəfərin ölümünə səbəb oldu. Osmanlı donanması ilə birlikdə bura gələn Mustafa Paşa hücum edən Fransız gəmilərini ələ keçirdi. Fransız hökuməti isə elçiləri vasitəsilə Osmanlı hökumətinə müxtəlif hədiyyələrlə, kralın üzrxahlıq məktubunu göndərdi. Bundan başqa adadakı itkilər səbəbilə təzminat ödəməyi də qəbul etdi. Mustafa Paşa zərərin qarşılığının ödənməsi üçün 5 ay boyunca adada gözlədi və bu müddət ərzində Fransız donanmasını girov saxladı. Daha sonra İstanbula dönərək Venesiyaya tərtib olunan səfərin hazırlıqlarına nəzarət etdi.

20 dekabr 1683 tarixində vəzifədən alındı və Kamaniçe əyalətinə göndərildi. 1685-ci ildə Özi hakimliyinə və Lehistan cəbhəsinə sərdar təyin olundu. Kamaniçe qalasını mühasirədə saxlayan polyak qüvvələrini 1687-ci ilin avqustunda Krım xanının köməyilə geri çəkilməyə məcbur etdi. Bu əsnada Sultan Mehmed taxtdan endirilmiş, yerinə Sultan Süleyman taxta çıxmışdı. Bütün bu hadisələr baş verərəkən yeniçərilərlə düşmən olan Siyavuş Paşanın yerinə sədarətə gətirilməsi üçün Mustafa Paşa namizəd seçilsə də, daha sonra bu fikirdən dönüldü. 1690-cı ilin yanvarında altı ildir fəaliyyət göstərdiyi Özi sancaqbəyliyindən alındı və Dəməşq bəylərbəyi seçildi. Bu vəzifədə ikən Sultan İbrahimin qızlarından Beyhan Sultanla nigahlandı. Bir il sonra isə Trablusşama göndərildi. Burada ikən Ədirnəyə çağırılaraq 1692-ci ilin iyununda sədarət naibliyinə təyin edildi. Nəhayət, 27 mart 1693 tarixində Hacı Əli Paşanın yerinə sədarətə gətirildi. Bu vəzifəyə gətirilərkən tərəddüd keçirsə də, daha sonra padşahın təkidləri ilə bu təklifi qəbul etdi. Bu əsnada Krım xanı I Səlim Gəraydan gələn məktubla Avstriya qüvvələrinin Valaxiya və Boğdana hücum edəcəyi öyrənildi. Bu səbəblə yeni bir səfər üçün hazırlığa başlayan Mustafa Paşa 5 iyul 1693 tarixində Ədirnədən ayrıldı. Bu əsnada Krım xanı I Səlim Gəray və Orta Macarıstan kralı İmre Tököli də Osmanlı ordusuna qatıldı. İki od arasında qalan avstriyalılar Belqrad qalasındakı mühasirəni geri çəkdi (sentyabr 1693).  Belqrada gələn Mustafa Paşa qalanı təmir etdirdi. Avstriyalıların qalanın ətrafında qazdığı quyuları doldurtdu. Ardından geri dönərək 6 dekabrda Ədirnəyə çatdı.

Mustafa Paşa dövlət işlərinin arasında tez-tez ova çıxırdı. Sədrəzəmin əleyhdarları isə bundan istifadə edərək paşanı Sultan Əhmədə şikayət etdilər. Əleyhdarları arasında ən güclüsü isə padşahın üzərində güclü nüfuzu olan Darüssəadə ağası Nəzir ağa idi. Nəhayət, padşahın Ədirnə ətrafında çıxdığı ov əsnasında sədrəzəmi gəzintidə olarkən görməsi vəzifədən alınmasına səbəb oldu (14 mart 1694). Mustafa Paşa vəzifədən alındıqdan sonra bir müddət sarayda həbs edildi. Ancaq xələfi Əli Paşanın xahişi ilə bağışlanaraq ikinci dəfə Trablusşam əyalətinə təyin olundu.

Yozğadlı Mustafa Paşa 26 avqust 1697 tarixində şəxsi heyəti və 300 Dəməşq sipahisi ilə birlikdə II Mustafanın da qatıldığı səfərə çıxdı. Sədrəzəm Almas Mehmed Paşanın əleyhinə çıxaraq ordunun istiqamətini müəyyənləşdirdi. Ancaq baş tutan ani hücum səbəbilə ordunun böyük bir qismi məhv edilmiş, sədrəzəm Almas Mehmed Paşa qətlə yetirilmiş, yerinə gətirilən Hüseyn Paşanın orduya gəlişinə qədər isə Mustafa Paşa sədarət naibi olmuşdur. 10 aprel 1698 tarixində sədrəzəmin istəyilə ikinci vəzirliyə gətirilərək sədarət naibi oldu. Bu vəzifədə ikən damcı xəstəliyinə tutuldu və 17 dekabr 1698 tarixində vəfat etdi. Ədirnədə Üş şərəfəli məscidin həyətinə dəfn olundu. Ailəsindən yalnız Hüseyn bəy adlı oğlunun donanma əmini olduğu məlumdur.

  • Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 117, 200, 428, 440-451, 467, 476-480, 519, 640-641, 652;
  • Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704 (haz. Abdülkadir Özcan), Ankara 2000, s. 43, 47-49, 52-53, 55;
  • Silâhdar, Târih, I, 736, 748-749, 762;
  • a.mlf., Nusretnâme, Tahlil ve Metin: 1106-1113/1695-1721 (haz. Mehmet Topal, doktora tezi, 2001), MÜ Sosyal Bilimler Enstitüsü, s. 216, 304-306, 318, 323-325, 356, 367, 377, 380-382;
  • Hadîkatü’l-vüzerâ, s. 120-121;
  • Râşid, Târih, I, 368, 370, 470;
  • Ayvansarâyî, Vefeyât-ı Selâtîn, s. 99;
  • Sefînetü’l-vüzerâ, s. 39-40;
  • Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1285, s. 71-72;
  • Uzunçarşılı, Merkez-Bahriye, s. 101, 116, 161, 175;
  • a.mlf., Osmanlı Tarihi, III, 475, 476, 504, 538, 552, 554;
  • Danişmend, Kronoloji, III, 450, 463, 474-476;
  • Mehmet İnbaşı, Ukrayna’da Osmanlılar: Kamaniçe Seferi ve Organizasyonu (1672), İstanbul 2004, s. 202;
  • R. Mantran, “Aĥmad II”, EI² (İng.), I, 268;
  • “Mustafa Paşa (Bozoklu, Bıyıklı)”, TA, XXIV, 499.