Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Morten Trane Brünnix
Morten Trane Brünnix (dan. Morten Thrane Brünnich30 sentyabr 1737, Kopenhagen – 19 sentyabr 1827, Kopenhagen) — Danimarka zooloqu və mineraloqu. == İşləri == Prodromus insectologiæ Siælandicæ. Kopenhagen 1761. Die natürliche Historie des Eider-Vogels. Kopenhagen 1763. Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763. Tillæg til Eder-Fuglens Beskrivelse. Kopenhagen 1763.
Morennıe
Morennıe — Kara dənizinində, Şimal Torpağı arxipelaqının şimalında yerləşən adalar qrupu. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır rayonu ərazisinə daxildir. Komsomoles adasından şimalda Labirint körfəzidə yerləşir. Qrupa daxil adaların sayını dəqiq müəyyən etmək çətindir. Bəzilərinin sahəsi olduqca kiçikdir. Ən böyük adanın uzunluğu yarım km-dir. Maksimal hündürlüyü 11 metrdir. Əsasən qumsalıqlarla örtülüdürlər. Adalarda kiçik göllər vardır. Adaların ayrıca adları yoxdur.
Renni Harlin
Renni Harlin (15 mart 1959[…]) — əslən finlandiyalı rejissor. Dünyaca məşhur rejissor çəkdiyi filmlərlədə dəfələrlə gündəmə gəlmişdir, bu filmlərdən Rusiya və Gürcüstan müharibəsinə aid "Avqustun 5 günü" döyüş janrlı film xüsusi ilə fərqlənir.
Renni Xaramilo
Renni Salen Xaramilo Barre (isp. Renny Salen Jaramillo Barre; 12 iyun 1998, Quayakil, Ekvador) — Ekvador təmsilçilərindən olan İndependente del Vale klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Ekvador futbolçusudur. == Klub karyerası == Xaramilo peşəkar karyerasına Kito şəhərinin təmsilçisi olan Universidad Katolika klubunda başlamışdır. 2015-ci ildə Ekvadorun İndependente del Vale klubuna transfer olunmuşdur. O, peşəkar karyerasında debütünü 3 dekabr 2015-ci ildə Ekvador Premyer Liqasında Deportivo Kito klubuna qarşı oyunda etmişdir. == Milli karyerası == 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Çili, Boliviya, Braziliya, Paraqvay, Kolumbiya və iki dəfə Argentina və Uruqvay milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Boliviya millisinə qarşı oyunda Xaramilo bir qolla yadda qalmışdır. 2015-ci ildə Koroso Ekvadorun gənclərdən ibarət milli komandası ilə Çilidə keçirilən Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. Turnirdə Koroso Honduras, Mali, Belçika, Rusiya və Meksika milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Çarlz Renni Makintoş
Çarlz Renni Makintoş (ing. Charles Rennie Mackintosh; 7 iyun 1868-10 dekabr 1928)— Şotland memarı, rəssamı, dizayneri. == Həyatı == Çarlz Renni Makintoş 7 iyun 1868-ci ildə Qlazqoda doğulub. Hələ uşaq ikən Çarlz səs-küylü məclislərdən uzaq olmuşdur. O ayaq xəstəliyindən əziyyət çəkirdi və bu uşağı oturaq həyat tərzinə məcbur edirdi. Çarlz bağ güllərinə həsr olunmuş “Herbarium” adlı çoxsaylı rəsmlər silsiləsi yaratmışdır. Uşaqlıqda gördüyü güllərlə zamanla yaratdığı interyerləri bəzədi. İlk peşə təhsilini Makintoş Qlazqodakı A. Qlenin İncəsənət məktəbində almışdır. 1885-ci ildən 1892-ci ilədək Çarlz F. Nyuberidən memarlıq dərsləri almış və memar C. Hatçensonun yanında praktika keçmişdir. 1889-cu ildə Makintoş “Honiman və Keppi” şirkətində çertyojçu olur.