Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Öznəllik
Subyektiv, bir mühakiməni şəxsdən asılı olaraq qiymətləndirmək (qazanmaq) üçün deyilir. Təyin olunmuş (müəyyənləşdirilmiş) dəyər nöqteyi-nəzərindən baxdıqda, hər kəs üçün fərqli, insandan insana fərqlənən bir dəyərdir. Pozitiv elmlər insandan insana görə dəyişməyən dəyərlərin mövcudluğunu müdafiə edir. Subyektiv dəyərlərin isə obyektiv biliklərdən fərqli olaraq fərdi biliklər vasitəsilə əldə edildiyini bildirirlər. Müasir dövrün pozitiv elm nəzəriyyələri həm obyektiv, həm də subyektiv məlumatları bilik kimi qəbul edirlər.
Ördəkli
Ördəkli (Zəngilan) — Zəngilan rayonunda kənd. Ördəkli (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Ördəkli oymağı — Türkman elinin qolu. Ördəkli (Amasiya) — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.
Ördəkli (Amasiya)
Ördəkli — Qars vilayətinin Qars qəzasında, indiki Amasiya rayonunda kənd. Rayon mərkəzindən 15 km şimali-qərbdə, Arpagölün cənub-şərqində yerləşirdi. Qafqazın 5 verstlik xəriətsində qeyd edilmişdir. Toponim ördəkli türk tayfasının adı əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erməni mənbələrində qeyd edilir ki, kənddə qarapapaqlar yaşamışdır. Onları müstəqil xalq kimi göstərirlər Əslində qarapapaqlar müstəqil xalq deyil, türk tayfalarından biridir. Onlar azərbaycanlılarn etnogenezində iştirak etmişlər. Kənddə 1886-cı ildə 253 nəfər, 1897-ci ildə 146 nəfər, 1908-ci ildə 346 nəfər, 1914 - cü ildə 531 nəfər azərbaycanlı yaşamışdır.
Ördəkli (Göyçə)
Ördəkli — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Sevan rayonunda kənd.133 Göyçə gölünün sahilində, poçt yolunun yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. Toponim türk tayfalarından biri olan qızılbaşlara məxsus ördəkli etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lçaşen (Kölkənd) qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Lçaşen adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Göycə nahiyəsində Böyük Ördək və Kiçik Ördək kənd adları göstərilmişdir[170,12]. Göycə bölgəsində Ördək kənd adının oldduqca maraqlı tarixi vardır: е.
Ördəkli (Mərənd)
Ördəkli (fars. اردكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 3,892 nəfər yaşayır (986 ailə).
Ördəkli (Zəngilan)
Ördəkli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. Ördəkli kəndi Bəsitçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Hacısürınü (Hacı Hüseynli) olmuşdur. Yaşayış məntəqəsi əvvəllər indiki ərazidən 1,5 km şimalda Hacisurınü adı ilə mövcud olmuşdur. XIX əsrin ortalarında kəndin əhalisi Ördəkli yer adlanan daha əlverişli sahəyə köçmüş və о vaxtdan Ördəkli adlanmışdır. Tədqiqatçilar kəndin belə adlanmasını orada ördəyin çox olması ilə əlaqələndirirlər. Oğuz tayfalarının tərkibində də ördəklilərin adi çəkilir. 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.