KÖYNƏKLİK

sif.
1. Köynək tikilməyə yarar. Köynəklik parça.
2. is. mənasında. Köynək tikmək üçün yarayan parça. [Pərzad:] [Oğlum] bir gün olmaz ki, əliboş gəlsin.
Bir gün tumanlıq alır, bir gün köynəklik alır… N.Nərimanov.
[Çimnaz] [Veysə] köynəklik alıb göndərmişdin ki? Ə.Əbülhəsən.

3. Saylarla birlikdə işlədilərək bir, iki və s. köynəyə çatacaq parçanın miqdarını bildirir. İki köynəklik parça. Bir köynəklik ağ.
KÖYNƏKLİ
KÖZ

Значение слова в других словарях