Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zaxar Dorofeyev
Zaxar Fedoroviç Dorofeyev (rus. Заха́р Фёдорович Дорофе́ев; 24 mart 1890 və ya 1890, Salazqor[d], Tambov quberniyası – 18 iyun 1952 və ya 1952, Moskva) — mokşa əsilli Rusiya və SSRİ şairi, müəllimi, tərcüməçisi, folklor tədqiqatçısı, tarixçisi, etnoqrafı, ictimai xadimi. O, müasir mokşa ədəbiyyatının qurucularından biridir. Zaxar Fedoroviç Dorofeyev 24 mart 1890-cı ildə Rusiya imperiyası daxilindəki Tambov quberniyasının Salazqor kəndində anadan olmuşdur. Dorofeyev ibtidai və orta təhsilini aldıqdan sonra 1905-ci ildə Kazan Qeyri-rus Müəllimlər Seminariyasına daxil olmuşdur. O, 1909-cu ildə məzun olduqdan sonra məktəb müəllimi olaraq çalışmağa başlamışdır. 1912-ci ildə Dorofeyevin "Xalq müəlliminin mahnıları və düşüncələri" şeirlər toplusu nəşr olunmuşdur. Birinci Dünya müharibəsi zamanı Dorofeyev cəbhəyə getmiş və döyüşlərdə ağır yaralanmışdır. 1920-ci illərin əvvəllərinə qədər Dorofeyev rus dilində yazıb-yaratmışdır. 1925-ci ildə şairin mokşa dilində ilk şeirlər toplusu "Mənim mahnılarım" nəşr olunmuşdur.