Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçqurşaqlı zirehli
Üçqurşaqlı zirehli (lat. Tolypeutes tricinctus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Braziliyada yayılmış endemik bir zirehli növüdür. Braziliyada tatu-bola kimi tanınır . Bir top kimi yuvarlana bilən iki növ zirehlidən biridir. Son 10 ildə fərdlərin sayı 30% azalıb. Üçqurşaqlı zirehlilər əsasən açıq savannalarda və seyrək meşələrdə yaşayır. Əsas qida mənbəyi qarışqa və termitlərdir. Burunu yerə sıxaraq ov axtarır. Şikarını tapdıqda, bir çuxur qazmağa başlayır.
Üçqurşaqlı zirehlilər
Üçqurşaqlı zirehlilər (lat. Tolypeutes) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Cənubi Amerikada açıq və yarı açıq yaşayış yerlərində yaşayırlar. Bütün zirehlilər yalnız üç qurşaqlı zirehlərinə güvənir. Bir yırtıcı tərəfindən hücum edildikdə, bu heyvanlar möhkəm bir top formasında bükülür. Digər zirehlil növləri çoxlu sərt qabıqları səbəbindən bu formada bükülə bilmirlər.
Qurşaqlı
Qurşaqlı (Xoy) —
Qurşaqlı (Urmiya)
Qurşaqlı (fars. قورشالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 212 nəfər yaşayır (59 ailə).
Qurşaqlı (Xoy)
Qurşaqlı (fars. قورشاق لو‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (18 ailə).
Qurşaqlı (Əhər)
Qurşaqlı (fars. قورشاقلو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 49 nəfər yaşayır (11 ailə).
Qurşaqlı-i Kürd (Poldəşt)
Qurşaqlı-i Kürd (fars. قورشاقلوي كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (50 ailə).