Şüaüzgəclilər
Şüaüzgəclilər (lat. Actinopterygii) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Müasir balıqların 20 000-dən çox və ya 95% növü bu yarımsinifə daxildir.
Şüaüzgəclilər əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifidir. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeoniscum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoy və kaynozoy dövrlərində bütün su hövzələrində üstünlük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur.
Müasir balıqların 95%-i (27 minə qədər) şüaüzgəclilər sinfinə aiddir. Müasir şüaüzgəclilər 35 dəstədən ibarətdir.