Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şüalılar
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip. == Haqqında == Şüalılar - plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir.
Şüalılar yarımsinfi
Şüalılar(lat. Radiolaria ) protozoylar aləminə daxil olan yarımtip. == Haqqında == Şüalılar - plankton həyat tərzi keçirən dəniz sarkodinləridir. Onlar yüksək duzluluğa malik isti dənizlərdə daha çox üstünlük təşkil edirlər. Əksər şüalıların bədəni şar şəklində olub, yalançı ayaqları şüa şəklində yerləşmişdir. Şüalıların bədəninin endoplazma və ektoplazma ilə əhatə olunmuş mərkəzi hissəsi bir və ya bir neçə nüvəyə malikdir. Bu hissə şüalılar üçün xarakterik olan xitinli mərkəzi kapsulanı əmələ gətirir . Mərkəzi kapsulanın daxili hissəsi kapsuladaxili sitoplazma, xarici hissəsi isə kapsuladankənar sitoplazma adlanır. Bəzən kapsuladankənar sitoplazmanın tərkibində müxtəlif piqment və şirələr olur. Mərkəzi kapsula çoxlu dəliklərə malikdir.
Kosmik şüalar
Kosmik şüalar — Kainatda sürətlə axan atom nüvəsi və elementar hissəcikdir. Tədqiqatlar göstərmişdir ki, Yerətrafı fəzada kosmik şüaların intensivliyi bütün istiqamətlərdə eynidir. Yerə yaxınlaşdıqda onların intensivliyi en dairəsindən asılı olaraq dəyişir. Onun səbəbi kosmik şüaların tərkibində olan yüklü zərrəciklərin Yerin maqnit sahəsində meyl etməsidir. Kosmik şüaların mənbəyi kainatdır. Yüksək enerjili zərrəciklər, əsasən qalaktik dumanlıqlardan - yeni ulduzların örtüyündə maqnit tormozlanması prosesində yaranır. Onlar Yerə çatana qedər müxtəlif maqnit sahələrindən keçir və ona görə də fəzada bütün istiqamətlərdə bərabər paylanırlar. == Kosmik şüaların mənbələri == Kosmik şüaların mənbəyinə dair erkən spekülasyon Baade və Zwicky tərəfindən 1934-cü ildəki supernovalardan meydana gələn kosmik şüalara dair bir təklif idi. Horace B. Babcokun 1948-ci ildəki təklifi, maqnit dəyişən ulduzların kosmik şüalara səbəb ola biləcəyini irəli sürdü. Sonradan, 1951-ci ildə Y. Sekido et al.
Mitogenetik şüalar
Mitogenetik şüalar — dalğasının uzunluğu 1900–3250 Å, intensivliyi az olan ultrabənövşəyi şüalar. Bitki və heyvanların hüceyrə və toxumalarının çoxalması zamanı hasil edilir. == Tarixi == Mitogenetik şüalar 1923-cü ildə Aleksandr Qurviç tərəfindən kəşf edilmişdir. O göstərmişdir ki, mitogenik şüalar hüceyrələrin mitoz bölünməsinin və hüceyrədə ardıcıl kimyəvi prosesləri stimulə edir. Mitogenik şüalar hüceyrəsiz sistemlərdə də müşahidə olunmuşdur. Mitogenik şüaların spektrlərinin analizi onların tədqiq olunan obyektlərin fizioloji vəziyyətindən asılılığını aşkara çıxarır. Bəzi patoloji hallarda mitogenik şüalar intensivliyi dəyişir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Bischof M. "Bibliography on biophoton research and related subjects". International Institute of Biophysics. 2010-01-25 tarixində arxivləşdirilib.
Kubalılar
Kubalılar (isp: Cubanos), Kubada yaşayan insanlara və vətəndaşlıq əlaqəsi ilə əlaqəli olan hər kəsə verilən addır. Kuba bir çox etnik və milli mənsubiyyətə sahib insanların evidir. Ölkə sakinlərinin əksəriyyəti təxminən 500 il əvvəl Avropadan gələn mühacirlərin nəsillərindəndir. Bunun xaricində Afrikadan qul kimi gətirilən insanların nəsillərinin də ölkədə əhəmiyyətli bir sayı mövcuddur. Kuba sakinləri başda ispan olmaqla, fransız, portuqal və Afrika mədəniyyətlərinin qarışığı olan bir mədəniyyətə sahibdirlər.
Sundalılar
Sunda (sunda. ᮅᮛᮀ ᮞᮥᮔ᮪ᮓ, Urang Sunda) — İndoneziyanın Yava adasının qərb hissəsində avstraneziyalı yerli etnik qrup. Onlar təxminən 40-42 milyondur və qonşu yavalılardan sonra sayına görə İndoneziyanın ikinci etnik qrupudur. Sundalılar öz dilində özlərini Urang Sunda (Sunda xalqı) adlandırırlar. Orang Sunda və ya Suku Sunda İndoneziya dilində ekvivalentidir. Sundalılar ənənəvi olaraq Qərbi Yava, Banten, Cakarta və Mərkəzi Yavanın qərb hissələrində cəmlənmişdir. Sundalı miqrantlar Lampunq və Cənubi Sumatra və Mərkəzi Yava və Şərqi Yavada daha az təsadüf olunur. == Etimologiyası == Sunda adı "Sanskrit" ön şəkilçisindən gəlir və "yaxşılıq" və ya "yaxşı keyfiyyətə malik" deməkdir. Məsələn nümunə qızılı təsvir etmək üçün suvarna ( "yaxşı rəng" ) sözündən istifadə edilir. Sunda həm də Hindu tanrısı Vişnunun başqa bir adıdır.
Salplar
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Sarılar
Sarılar (Əhər) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Sarılar (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə.
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Salplar (sinif)
Salplar (lat. Desmomyaria və ya Salpae) — Tunikalılar yarımtipinə aid sinif. Adətən okean səthi sularında qidalanırlar (bir neçə yüz metr dərinliyə qədər). Bitki planktonu ilə qidalanırlar. Bəzi balıqların və dəniz tısbağalarının qidasını təşkil edir.
Sarılar (Germi)
Sarılar (fars. ساري لار‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 128 nəfər yaşayır (25 ailə).
Sarılar (Əhər)
Sarılar (fars. ساري لار‎‎‎‎‎‎‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 24 nəfər yaşayır (7 ailə).
Şalimar bağları
Şalimar bağları — Pakistanın Lahor şəhərində yerləşən Moğol bağları kompleksi. 1641-ci ildə tikinti işlərinə başlanılmış növbəti ildə isə tamamlanmışdır. Layihənin idarə olunması Şahcahan sarayının əyanı, Əlimərdan Xan və Molla Alaul Maulk Tuni ilə əməkdaşlıq edən Xəlilullah xanın nəzarəti altında həyata keçirilib. Şalimar sözünün mənası sirli olaraq qalır, ancaq güman ki, Anna Suvorovanın "Lahoru sevmək: şərq şəhərinin topofiliyası" kitabında irəli sürdüyü kimi söz Ərəb və ya Fars mənşəli ola bilər. Şalimar bağları Lahor şəhərinin əsas hissəsindən təxminən 5 km şimal – şərqdə olan böyük magistral yol boyu Baqbanpura yaxınlığında yerləşir. Şalimar bağlarının yaradılması üçün ilham mənbəyi olan əsasən beş coğrafi məkan var: Mərkəzi Asiya , Kəşmir, Pəncab, İran və Dehli sultanlığı. == Tarixi == Şalimar bağlarının yeri Arain qəbiləsindən olan Mian ailəsinə məxsusdur. Ailəyə imperiyadakı xidmətlərinə görə Moğol imperatoru tərəfindən Mian kral titulu verilib. Mian ailəsinin başçısı Məhəmməd Yusif təzyiqlərdən sonra imperator Şahcahana yaxşı vəziyyəti və torpağı olan İshaq Puranı verib. Şahcahan isə bunun əvəzində Şalimar bağlarını ailənin idarəsinə verib.
Sarılar yaşayış yeri
Sarılar yaşayış yeri – Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahbulaq kəndinin şimal qərbində arxeoloji abidə. == Tarixi == Yaşayış yerinin salamat qalan hissəsinin sahəsi 12400 metrdir. Araşdırmalar göstərir ki, yaşayış yerinin bir qismi indiki Şahbulaq kəndinin altında qalmışdır. Yaşayış binalarının yalnız dağılmış qalıntıları saxlanmışdır. Onların bünövrəsi daşdan, yuxarı qismi isə möhrədən tikilmişdir. Bəzi binaların yerində dördkünc formalı çalalar vardır. Araşdırmalar zamanı toplanan yerüstü materiallar əsasən çəhrayı, bəzən isə boz rəng- də bişirilmiş keramika məmulatından ibarətdir. Çəhrayı rəngdə bişirilmiş keramika məmulatının bir qismi cilalanmışdır. Onlar küpə, kasa, çölmək tipli qabların parçalarından ibarətdir. Arxeoloji materiallara və tikinti qalıqlarına əsasən demək olar ki, yaşayış yerində həyat uzun müddət davam etmişdir.