Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çəndahar
Çəndahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Əhalisi 117 nəfərdir ki onunda 54 nəfəri kişi, 63 nəfəri qadındır. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 9 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Quba turist marşrutları kəndin yanından keçir. Bu kəndin bütün əhalisi azərbaycanlılardan ibarətdir.
Fərid Şənyaşar
Fərid Şənyaşar (1983, Suruç[d], Şanlıurfa ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fərid Şənyaşar 1983-cü ildə Şanlıurfa ilinin Suruç ilçəsində anadan olub. İnönü Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 2010-2018-ci illərdə müəllim olaraq çalışıb. 2019-2020-ci illərdə isə xüsusi təhsil və reabilitasiya müəssisəsində çalışıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Şanlıurfa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir. Evli və 2 uşaq atasıdır. Fərid Şənyaşarın atası və qardaşı 2018-ci ildə AK Parti deputatı İbrahim Halil Yıldızın qohumları tərəfindən Şanlıurfa ilinin Suruç ilçəsində öldürülmüşdü.
Sərdahar
Sərdahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Sərdəhar kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir. Kənd "Mərkəzi" turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. "İsmayıllı-Lahıc" daxili turist marşrutu və "İsmayıllı-Lahıc-Quba" turist marşrutu kəndin yaxınlığından keçir. Kənddən Tircan kəndinə piyada və atla getmək üçün cığır vardır. Kəndə avtomobillə getmək olar. Əhalisi 189 nəfərdir ki, onun da 93 nəfəri kişi, 96 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Selbasar dağı
Selbasar dağı – Babək rayonu ərazisində dağ (hünd. 914,4 m). Naxçıvan dağarası çöкəкliуinin cənub-şərq alçaqdağlıq hissəsində, Çeşməbasar kəndindən 2,8 km şimalda, Nehrəm su anbarından 1,2 km qərbdədir. Orta Miosenin Konka regiomərtəbəsinə aid Tunbul lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin maili cənub-qərb qanadında yerləşir.