Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarovlu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Horovlu
Horovlu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Rusiya və Suriyalı hərbiçilərin köməyi ilə işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Horovlu oyk, düz. Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr saldığı üçün belə adlanmışdır. Xocalı r-nunda Harov adlı kənd var. == İqtisadiyyatı == Əsas təsərrüfatı üzümçülük idi. Bundan başqa kənddə heyvandarlıq, taxılçılıq, şərabçılıq da inkişaf etmişdir.
Tarovlu
Tarovlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Tarovlu kəndi dağətəyi ərazidədir. Əsl adı Taroğludur. Yerli məlumata görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayondakı Teymur Müskanlı kəndindən köçüb gəlmiş türklər: Tanrı verdi (Tarverdi, yaxud qısaldılmış formada Tar) və Allahverdi (Alo) adlı iki qardaş salmışdır. Kəndin ərazisində Tarverdi dərəsi də qeydə alınmışdır. Hazırda Cənubi Azərbaycanda Taroğlu adlı kənd mövcuddur. Çox güman ki, yaşayış məntəqəsi kəndin əsasını qoymuş böyük qardaşın adı ilə (təhrif olunaraq) belə adlanmışdır. == Əhalisi == === Şəxsiyyətləri === Edil Eyvazov — fizik.
Ahsən Əroğlu
Ahsən Əroğlu (27 oktyabr 1994)-Türk aktrisa == Həyatı == 27 oktyabr 1994-cü ildə Çorluda doğulan Ahsən Əroğlunun ailəsi Bolqarıstan köçərisidir. Egey Universiteti Bədən Tərbiyəsi və İdman fakültəsini bitirib və aktyorluq təhsilini Sahne 3MOTA-da alıb. Karyerasına atdığı ilk addım 2015-ci ildə Bir Modern Habil Qabil Hekayəsi serialında canlandırdığı Zəhra obrazıdır. Bu serialdan sonra o, Möhtəşəm Yüz il: Kösəm, Ana, Qızlarım üçün, İstanbullu gəlin kimi seriallarda iştirak etmişdir. 2019-cu ildə ilk başrolu olduğu Quzğun serialında Qumru Cəbəci rolunu ,2020-2021-ci ildə Menecerimə zəng et serialında Dicle başrolunu canlandıraraq Qızıl Kəpənək mükafatının Ulduzu Parıldayanlar Mükafatına layiq görülür.
Dərviş Əroğlu
Dərviş Əroğlu (7 mart 1938, Famaqusta, Britaniya Kipri) — Şimali Kipr Türk Respublikasının 23 aprel 2010-cu ildən, 30 aprel 2015-ci ilədək prezidenti olmuşdur. == Həyatı == 1938-ci ildə Famaqusta şəhərində anadan olmuşdur.
Əroğlu (Təbriz)
Əroğlu (fars. اوغلي‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 738 nəfər yaşayır (199 ailə). Bunların 376 nəfəri kişi və 362 nəfəri isə qadındır. Kənddə əsasən Azərbaycan dilində danışılır. Xalqın çoxu İslam dininin Şiə məzhəbindəndir. == Coğrafiya == Əroğlu kəndi Səhənd dağı yaxınlığında, dağlıq ərazidə yerləşir.
Veysəl Əroğlu
Veysəl Əroğlu (türk. Veysel Eroğlu; 18 avqust 1948, Afyonkarahisar) — Türkiyə siyasətçisi. O, hakim Ədalət və İnkişaf Partiyasının Afyonkarahisar millət vəkili, Türkiyənin keçmiş meşə və su naziri olmuşdur. == Şəxsi həyatı == Əroğlu evlidir və dörd övladı var. O, ingiliscə danışa bilir. Onun çoxlu sayda hobbisi və maraqları var. Bunlara mərmər kağızı sənəti, üzgüçülük, suya tullanma, oxumaq və xəttatlıq sənəti. 2016-cı ilin noyabrında Malazgirt döyüşünün mininci ildönümünə – 2071-ci ilə qədər aparıcı iqtisadiyyatlardan birinə çevrilməyi hədəfləyən Ərdoğana dəstək olmaq məqsədilə türkiyəli analara yeni laylalar oxumağı tövsiyə etmişdir.
Serou
Seraou, və ya serau (lat. Capricornis) — Boşbuynuzlular fəsiləsinə aid olan Yaponiya, Çin, Hindistan və Cənub-Şərqi Asiya ərazilərində yaşayan növ. Dişilərdə buynuz 4–6 sm, erkəklərdə isə 8–10 sm təşkil edir. Həyat tərzinə görə Qorallarlardan fərqlənmir. 4–6 başdan ibarət ailələr şəklində yaşayırlar. Qış ayları yemin asan şəkildə əldə edildiyi bölgələrə enirlər.
Serov
Serov — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Himalay serousu
Himalay serousu (Capricornis thar) — keçi-antilop Serou cinsinə aid növ. İntensiv ovlanma sayəsində sayları getdikcə azalır. == Yayılması == Himalay serousu şərq və cənub-şərqi Banqladeş, Butan, Nepal, Şimali Hindistan və Myanma ərazilərində yayılmışdır.
Sumatra serousu
Sumatra serousu, və ya Adi serou, Serou (lat. Capricornis sumatraensis) — məməlikər sinfinə daxil olan, ölçülərinə görə maral və keçilər arasında keçid təşkil edən heyvan növü. Bu canlılar Yaponiya, Tayvan, Cənubi Çin, Nepal, Şərqi Tibet, Şimali Hindistan, Laos, Kamboca, Myanma, Vyetnam, Tayland, Malay yarımadası və Sumatra adasında yayılmışdır. Serounun uzunluğu 120–180 sm, quyruğu 8–18 sm, hündürlüyü — 70–105 sm, çəkisi — 55–140 kq təşkil edir. erkəklərin uzunluğu 30 sm, dişilərdə isə qısa olur. Həyat tərzi yaxın qohumu olan Qorallardan fərqlənmir. Onlar 2500–2700 m yüksəkliklərdə yaşayırlar. Qidasının əsasını otdur. Yetkin fərdin yaşaması üçün 20 ha ərazi lazım gəlir. Tənha və ya kiçik qruplar halında yaşayırlar Növün nümayəndələri Amerikaın Texas ştatına gətirilmişdir.
Tayvan serousu
Tayvan serousu (lat. Capricornis swinhoei) —Tayvan ərazisində yaşayan yeganə boşbuynuzlulara aid endemik növ. Növün latın adı Robert Svoynonun (1836–1877) şərəfinə adlandırılmışdır. == Xarici görünüşü == Serou cinsinə aid olan ən kiçik növ bədənin uzunluğu 80–115 sm arasında dəyişir. Hündürlüyü 60 sm olur. Çəkisi 30 kq olur. Bel nahiyəsindən tünd zolaq keçir. Buynuzunun uzunluğu 15 sm-dir. == Həyat tərzi == Əsasən qayalı dağ qayalıqlarında və meşəliklərdən ibarət 1000–2000 m, bəzən isə 3000 metr yüksəkliklərdə yaşaya bilirlər. Qida dalınca əsasən səhər və gecə radələrinə hərəkət edirlər.
Yapon serousu
Yapon serousu (lat. Capricornis crispus) — məməlilərin boşbuynuzlular fəsiləsinə aid Yaponiyaya məxsus endemik növ. İlk dəfə Honşu adasıbın meşəlik sahələrində aşkarlanmışdır. == Xüsusiyyətləri == Yapon serousu ortalama 35–38 kq çəkiyə malik olurlar. Bəzi fərdlər vardır ki, onların çəkisi 130 kq olmuşdur. Hündürlüləri 60–90 sm (orta hündürlük 73 sm) arasında dəyişir. Erkəklər dişilərə nisbətdə iri olurlar. Rəng baxımından qara, qara rəngli üzəri ağ ləkələr və tünd qəhvəyi olur. İstər dişi istər sə erkəklərdə buynuz vardır. Buynuzların uzunluğu 10 sm, diametri isə 3 sm təşkil edir.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.
Qaraciyər serozu
Sirroz — Qaraciyər löbüllerinin bağ toxumaları vasitəçiliyi ilə köçürülməsi. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Sirroza bir çox fərqli təriflər verilmişdir. Bunlar arasında ən yaxşı tərif "Qaraciyərin böyük bir sahəsini əhatə edən, normal qurluşunun yerində anormal nodüllerin görünməsi ilə xarakterizə olunan bir dəyişmə" olaraq təyin edən Dünya Sağlamlıq Təşkilatına aid tərifdir. Bu tərifin içinə regenerator ilə damarlanmada və qan axınındakı dəyişikliklər daxildır. Çünki, düyünlərdə hər vaxt regenerator tapıntıları görülməyə bilər; həqiqi regenerator düyünlər xəstəliyin irəli mərhələlərində rast gəlinər.
Mütəllib Serov
Mütəllib Arif oğlu Serov (9 iyun 2000, Ziliban, Zaqatala rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mütəllib Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Ziliban kəndində anadan olub. 2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mütəllib Serov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mütəllib Serov oktyabrın 9-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Qırmızı serou
Qırmızı serou (Capricornis rubidus) — keçi-antilop olan Serou cinsinə daxil olan bir növ. Əsasən Banqladeşin cənubu və Birmanın şimalında yaşayırlar. Əvvəllər Sumatra serousunun (C. sumatraensis) yarımnövü hesab edilirdi. Hindistanın Brahmaputra çayı hövzəsində yayılılması müşahidə edilir.
Valentin Serov
Valentin Serov (rus. Валенти́н Алекса́ндрович Серо́в; 7 (19) yanvar 1865, Sankt-Peterburq – 5 dekabr 1911[…], Moskva) — Rus rəssam, portret rəssam. == Həyatı == Valentin Aleksandroviç Serov 7 yanvar 1865-ci ildə Sankt-Peterburqda, bəstəkar Aleksandr Nikolayeviç Serov və Valentina Semyonovna Serovanın ailəsində anadan olmuşdu.Serov çox erkən 1871-ci ildə 6 yaşındaykən atasını itirir.Atasının ölümündən sonra anası təhsilini davam etdirmək üçün Münhenə gedir. Bir qədər sonra Serov da anasının yanına köçür.Onlar 1872 -1873-cü illərdə Münhendə yaşayırlar. Serovun anası gənc pianoçu, musiqi həvəskarı idi və uşağına az diqqət yetirirdi, lakin o, oğlunun qabiliyyətini erkən gördü və onu Karl Keppeninqin yanına rəsm dərsləri almaq üçün göndərdi. 1873-cü ildən Serov alman qrafiki Karl Keppeninqdən dərs almağa başladı.Serovun doqquz yaşı olanda heykəltaraş Mark Antokolski onun qabiliyyətini hiss edir və anasına oğlan üçün rus rəssamlarından birini müəllim tutmağı məsləhət görür. 1874-cü ildən Serov Parisdə daha sonra Moskvada Repindən dərs almağa və onunla bir yerdə işləməyə başlayır.Hətta ,Repin qeyd edirdi,ki Serov işə o qədər aludə olurduku,ona ara-sıra işdən uzaqlaşmağı təklif edirdim.
İvan Serov
İvan Aleksandroviç Serov (rus. Ивáн Алексáндрович Серóв, 12 (25) avqust 1905 və ya 1905, Voloqda – 1 iyul 1990, Moskva) — sovet təhlükəsizlik və kəşfiyyat xidmətinin görkəmli lideri, Sovet İttifaqı Qəhrəmanı, ordu generalı, SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (1954-1958) və Baş Kəşfiyyat İdarəsinin (1958-1963) komandanı. O, Lavrenti Beriyanın rəhbərliyi altında fəaliyyət göstərən NKVD-də komissar müavini vəzifəsində xidmət etmiş, İosif Stalinin ölümündən sonra baş verən siyasi mübarizələr zamanı əsas rol oynamışdır. Serov Mərkəzi və Şərqi Avropada gizli polis qüvvələrinin yaradılmasında və 1958-ci ildə baş verən Macar inqilabının yatırılmasında mühüm rol oynamışdır. Serov həm siyasi kəşfiyyat idarəsi (KQB), həm də hərbi kəşfiyyat idarəsinə (QRU) rəhbərlik etmiş şəxs olaraq adını Sovet və rus tarixinə yazmışdır. == Erkən yaşları və hərbi karyerası == Serov 13 avqust 1905-ci ildə Rusiya imperiyasının Voloqda quberniyasında yerləşən Sokolski rayonunda etnik rus ailəsində anadan olmuşdur. Rusiyada əsas dəyişikliklər də onun uşaqlıq illərinə təsadüf etmiş və 1917-ci ilin noyabrında Bolşevik inqilabı ilə bu dəyişikliklər öz kuliminasiya nöqtəsinə çatmışdır. 1923-cü ildə 18 yaşı olarkən Qırmızı Ordu sıralarına daxil olmuş, 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuş, 1928-ci ildə isə Leninqradda yerləşən Artilleriya Zabitləri Məktəbini uğurla başa vurmuşdur. Onun hərbi karyerasında əsas addımı Frunze Hərbi Akademiyasınından məzun olması hesab edilir. Serov 1939-cu ildə NKVD-yə daxil olmuşdur.