Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şərəfnamə
Şərəfnamə (kürd. شەرەفنامە; fars. شرفنامه‎) — kürd tarixçisi və şairi Şərəf xan Bitlisinin 1597-ci ildə fars dilində yazdığı tarixi kitabı. Əsər kürd tarixini və dövrün xüsusiyyətlərini öyrənmək üçün faydalı məlumat verən ilk mənbədir. "Şərəfnamə" əsərində XVI əsr Azərbaycan və İran tarixinə aid məlumatlar vardır. Buna görə də, həmin əsərin tədqiqi elmi əhəmiyyət kəsb edir. Alsancakli, Sacha. "From Bidlīs to Ardabīl Via Aleppo and Iṣfahān: On the Circulation of a Manuscript of Šaraf Ḫān Bidlīsī's Šarafnāma Revised by the Author (1007/1599)". Eurasian Studies. 13 (1–2).
Qətnamə
Qətnamə — dövlət idarəetmə orqanları müxtəlif kollegiyal və ictimai orqanlar, qurultaylar, konfranslar, müşavirələr, yığıncaqlar tərəfindən mühüm məsələləri həll etmək üçün qəbul edilir. Dövlət idarəetmə orqanları tərəfindən qəbul olunmuş qətnamələr, normativ olmaqla bütün müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilməsi məcburi xarakter daşıyır. Qətnamə – 1)hər hansı məsələnin kollegial orqanın, məclisin və s. iclasında müzakirəsi nəticəsində qəbul edilən qərar; 2)məhkəmə qətnaməsi hüquqa görə birinci instansiya məhkəməsinin mülki işə mahiyyət üzrə baxması və həll edib qurtarması barədə qərarı. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ərznamə
Ərznamə və ya Ərz–i Ləşkər — atası Uzun Həsənin adından əyaləti idarə edən Sultan Xəlil bəyin 1476–cı ildə Farsda, Bənd–i Mirdə həyata keçirdiyi hərbi baxış haqqında təsvirdir. Cəlaləddin Dəvani tərəfindən farsca qələmə alınmışdır. Əsər Fars əyalətində mülki və hərbi rəsmilərin siyahısı ilə yanaşı, həm də mühüm statistik məlumatları ehtiva edir.
Tur (şəhnamə)
Tur (fars. تور‎) — Firdovsinin Şahnaməsində epik bir personajdır. Əfsanəvi Şah Firidunun ikinci oğlu və Səlm və İrəcin qardaşıdır. Gənc şahzadə özünə və bacılarına hücum edən əjdaha ilə cəsarətlə vuruşanda, atası tərəfindən ona "cəsur" mənası verən Tur adı verilmişdir. Firidun imperatorluğunu övladları arasında bölür; Turanı Tura verir. Bu vəziyyət, Turanın iranlılarla mübarizəsinin başlanğıcıdır. Şahnamənin Əfrasiyab kimi ən əhəmiyyətli personajlarından bəziləri Turun nəslindən gəlir. Tur qardaşı İrəcin oğlu Mənuçöhr tərəfindən öldürülmüşdür.