KULÁK

[ rus. ] bax qolçomaq 1-ci mənada.
[Mirzə Hüseyn:] O yekəqarın kulakla nə söhbət eləyirdin? Ə.Haqverdiyev.
Mədəd muzdurlar komitəsinin təlimatçılığı vəzifəsində çalışar, əsas etibarilə kulaklarla muzdurlar arasında şərtnamə bağlardı. S.Rəhimov.
Buludların bağrını yarmaq istəyən zaman; Kulak pusquda durur gecə yam-yamlar kimi. S.Rüstəm.

KULA
KULMİNÁSİYA
OBASTAN VİKİ
Aleksey Kulak
Aleksey Kulak (rus. Кулак, Алексей Исидорович;27 mart 1922, Moskva – 25 avqust 1984, Moskva) — SSRİ DQM-də xidmət edən polkovnik, Böyük Vətən Müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı (1946). 1990-cı ildə ölümündən sonra ABŞ kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə əlaqədar bütün rütbələrdən və mükafatlardan məhrum edilib == Həyatı və təhsili == 27 mart 1922-ci ildə Moskvada fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirib. 1941-ci ilin avqustunda Qırmızı Ordunun sıralarına yazılmışdır. 1942-ci ildə Odessa Artilleriya Məktəbinin kurslarını bitirib, 1942-ci ilin mayından II Dünya Müharibəsində müxtəlif cəbhələrdə döyüşmüşdür. 1945-ci ilin aprelinə qədər baş-leytenant rütbəsi almışdır. 1-ci Belorusiya cəbhəsinin 5-ci zərbə ordusunun 6-cı artilleriya korpusunun 2-ci artilleriya diviziyasının 20-ci artilleriya briqadasının 262-ci yüngül artilleriya alayının artilleriya batalyonunun komandiri kimi xidmət etmişdir. === Vəfatı === 25 avqust 1984-cü ildə beyin xərçəngi xəstəliyindən vəfat etmişdir. Kuntsevo qəbirstanlığında “qəhrəman” statusu ilə təntənəli şəkildə dəfn edilmişdir.
Kulakun
Kulakun (fars. كولاكون‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər. yaşayır (15 ailə).
Qalip Kulaksızoğlu
Qalip Kulaksızoğlu (d. 1889, İstanbul — ö. 22 noyabr 1939, İstanbul) — Peşəkar Türkiyə futbolçusu və klub idarəçisi. 1910-cu ildə "Fənərbaxça" klubunda həm oyunçu, həm də baş məşqçi kimi çalışan Qalip həmçinin klub prezidenti vəzifəsini icra etmişdir. Lesbos adasının valisi Kulaksızzade Mustafa Paşanın ailəsinin ən böyük oğlu olaraq, 1889-cu ildə anadan olan Qalip bəy ibtidai və orta təhsilini Sent-Cozef Fransız liseyində başa vurmuşdur. 1906-cı ilin yayında Sent-Cozef Fransız liseyindən məzun olan Qalip bəy Kadıköy gəncləri olan Nurizade Ziya Songülen, Ayetullah bəy və Necip Okaner tərəfindən yenicə yaradılan "Fənərbaxça" klubunun 1907-ci ilin sonunda tamamlanan 11 nəfərlik heyətinə sonradan daxil edilmişdir.Sent-Cozef Fransız liseyində ədəbiyyat müəllimi olan və "Fənərbaxça" klubunun 5 qurucusundan biri hesab olunan Ənvər Yetiker Qalip bəyi və onun sinif yoldaşları olan Şevkati Hulusi bəyi və Nasuhi Baydarı komandaya dəvət etmişdir. Qalip bəy 17 yaşı olarkən komandanın heyətinə daxil edilmişdir. Futbolçu karyerasına hücumçu kimi başlasa da, müdafiəçi kimi karyerasını başa vurmuşdur. Qalip bəy futbol zəkası, üstün texnikası, çevik və komanda oyunu anlayışı ilə futbol ulduzu kimi böyük bir şöhrət qazanmışdır. Tam bir idmançı olan Kulaksızoğlu eyni zamanda tennis, hokkey və avarçəkmə idmanında dövrünün öndə gedən simalarından biri idi.
Kiril Kulakov
Kiril Kulakov (20 iyul 1969) — General-mayor, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı. == Həyatı == Kiril Kulakov 20 iyul 1969-cu ildə doğulub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib. 2014–2017-ci illərdə Orenburq kazak briqadasının Çelyabinsk vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb. 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb. 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. 2023-cü ilin avqustunda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunub.

Значение слова в других словарях