Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahənşah
Şahənşah (pəhl. šāhān šāh, fars. ‎shāhanshāh, tərcümədə "Şahlar şahı") — İran tarixində monarxiya titulu Qərbi Avropadaki İmperator titulu, türk mədəniyyətində isə xaqan (xanalar xanı) titulu ilə eyni mənadadır.
Şahzadə Şahənşah
Şahzadə Şahənşah (1465, Amasya – 2 iyul 1511, Qaramanlı eli) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi. Şahzadə Şahənşah 1474-cü ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun xanımlarından Hüsnüşah Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Şahənşah 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Əhməd, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Manisa sancaqbəyi təyin edildi və anası Hüsnüşah Xatunla birlikdə Manisaya yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı. Qaraman sancaqbəyi olan əmisi Cem Sultanın taxt mübarizəsində məğlub olaraq Məmlüklərə sığınmasının ardından, 1483-cü ildə Qaraman sancaqbəyi təyin edildi. Üstəlik anası Hüsnüşah Xatun da Qaramanoğlu İbrahim bəyin nəslindən idi.
Şahənşah ibn Mənuçöhr
Şirvanşah Şahənşah – Şirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu. Şamaxıda zəlzələ vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən- Nasir- lidin – Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində isə "Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah" sözləri həkk olunmuşdur. Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə – h.575-622 (1180- 1225)-ci illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrə ilə saxlanılan sikkələrin birinin üz tərəfində "Əl-məlik əlmüəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah" sözləri vardır. Sikkənin qırıqlarında "beş yüz doxsan yeddi" tarixi oxunur (h. 597/1201-ci il).
Cahanşah
Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah (1397, Mardin – 11 noyabr 1467, Muş) — dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi. Cahanşah Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında öz yeri olan şairdir. == Uşaqlıq və gənclik illəri == Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa indiki Ermənistan ərazisi, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olur. Cahanşah hələ erkən yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edərək həm də yaxşı təhsil almışdır. O öz dövrünün ən savadlı və maarifpərvər hökmdarlarından sayılır. 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir.
Cahanşah Həqiqi

Cahanşah məscidi
Göy məscid (fars. مسجد کبود‎ Məsced-i Kabud) — Təbriz şəhərində yerləşən məşhur tarixi memarlıq abidəsi, Azərbaycan memarlığının ən dəyərli nümunələrindən biri. Abidədə yüzilliklərin yetkinləşmiş bədii memarlıq üslubu, məscid planının ustalıqla hazırlanması, kompozisiya kamilliyi, Azərbaycan memarlığında geniş yayılmış motiv və formaların yüksək bədii tərzdə yaradılması, zəngin memarlıq bəzəyindəki nəfislik əks olunmuşdur. Qaraqoyunlular dövrünün yadigarı, vaxtı ilə böyük və əzəmətli memarlıq kompleksindən ibarət olan bu tikili hazırda xarabalıq şəklindədir. İnşası zamanı 52 metr uzunluğunda olmuş baş fasadın qarşısında geniş həyət vardı. Arkadalı hasara alınmış məscid həyətində hovuz olmuşdur. Mərkəzi günbəzli məscidin özünəməxsus planına, binalarına Azərbaycanın başqa dini binalarında rast gəlinmir. == Tarixi == XV əsrdə Təbriz özünün memarlıq – planlaşdırma inkişafının əhəmiyyətli çağlarından birini keçirirdi. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları – Cahanşah Həqiqi (1438–1467), Uzun Həsən (1453–1478) və Sultan Yaqub (1478–1490) bu zaman Azərbaycanın paytaxt şəhərində düşüncə genişliyi ilə seçilən şəhərsalma tədbirləri görürlər. Təbrizdə bir sıra iri memarlıq kompleksləri – Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Baqe Şemal və başqa Azərbaycan memarlığının maraqlı və dəyərli nümunələri olan memarlıq kompleksləri meydana gəlir.