Şahənşah ibn Mənuçöhr

Şirvanşah ŞahənşahŞirvanşahlar dövlətinin iyirmi ikinci hökmdarı, Şirvanşah III Böyük Mənuçöhrün oğlu.

Şahənşah ibn Mənuçöhr
1197 – 1200
ƏvvəlkiI Axsitan
SonrakıII Fəribürz
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası III Böyük Mənuçöhr
Dini Sünni İslam

Şamaxıda zəlzələ [1] vaxtı I Axsitanın arvadı və uşaqları həlak olduğundan Şirvanşahın özü təqribən 1197-ildə öldükdə varisi qalmadığı üçün taxta onun qardaşı I Şahənşah ibn III Mənuçöhr çıxdı. Bu Şirvanşahın hakimiyyəti dövründə onun adından zərb edilmiş sikkələrdən başqa bir abidə qalmamışdır. Şamaxı rayonundakı Altıağac kəndindən iki dəfinə tapılmışdır: bir hissəsi Ermitajda saxlanılan [2] birinci dəfinə XII-XIII əsrlərə aid 346 sikkədən və 8 bilərzikdən, yarıdan çox hissəsi Bakıda Azərbaycan tarixi muzeyində saxlanılan [3] ikinci dəfinə isə 100 sikkədən ibarətdir. Bu iki dəfinədə Şirvanşah Şahənşahın adından zərb edilmiş azacıq gümüş qarışığı olan mis sikkələr də aşkar olunmuşdur. Üz tərəfində dini rəmz və xəlifə ən- Nasir- lidin – Allahın adı, habelə Qurandan parçalar (9,33 və 61,9-cu surələr), əks tərəfində isə "Məhəmməd rəsulillah, əl-məlik əl-müəzzəm, Şahənşah, ibn Mənuçöhr Şirvanşah" sözləri həkk olunmuşdur.[4]

Sikkələrin kəsildiyi tarix xəlifə ən-Nasirin hakimiyyət dövrü ilə – h.575-622 (1180- 1225)-ci illə müəyyənləşdirilir. Ermitajda 7675-ci nömrə ilə saxlanılan sikkələrin birinin üz tərəfində "Əl-məlik əlmüəzzəm Şahənşah ibn Mənuçöhr Şirvanşah" sözləri vardır. Sikkənin qırıqlarında "beş yüz doxsan yeddi" tarixi oxunur (h. 597/1201-ci il). Əks tərəfində isə müsəlman dini rəmzi və xəlifə ən-Nasirin adı həkk olunmuşdur.[5] Şahənşah, ehtimal ki, 4 il -1196-17-ci illə (şərti olaraq, I Axsitanın öldüyü il) Şahənşahın qardaşı oğlu II Afridunun oğlu II Fəribürzün hakimiyyətə keçdiyi 1200/1-ci il arasında hakimiyyət sürmüşdür. Şirvanşah Şahənşah III Mənuçöhrün oğlu və I Axsitanın qardaşı idi. Ehtimal ki, Axsitanın ölümündən sonra Şirvanşah taxtında I Axsitanın digər qardaşı I Fərruxzad ibn III Mənuçöhrün nəsli möhkəmlənənə qədər hakimiyyət uğrunda daxili çəkişmələr getmişdir.[6] I Axsitanın bilavasitə varisi Şahənşah idi. Belə ki, Y.A.Paxamov I Axsitan və Şahənşahın sikkələrinin kimyəvi təhlili əsasında Şahənşahın hakimiyyətə başlması ilə I Axsitanın hökmranlığının sonunun vaxt etibarilə yaxın olduğu qənaətinə gəlmişdir.[7] Şahənşahın sikkələrində yalnız xəlifə ən-Nasirin adı vardır. "Məlik əl-müəzzəm" ləqəbi və Şirvanşah titulu Şirvanşahın XII əsrin sonu, XIII əsrin əvvəllərində müstəqil olduğunu göstərir. Şahənşahın hökmranlığı uzun sürməmiş və özündən sonra sikkələrdən başqa heç bir abidəsi qalmamışdır. O, I Axsitanın Şirvanşah taxtına göztikən, ehtimal ki, artıq ahıl yaşlarında olan qardaşlarının taxtda birbirini tez-tez əvəz etdikləri hərc-mərclik dövründə yaşamışdır.[6]

  1. Иcтopия и вocxвaлeниe вeнцeнocцeв, c.57
  2. Пaxoмoв. Шиpвaншax Шaxaншax. "Изв. Aзepб. Apxeoл. Koм." вып.I, 1925, c.69
  3. Пaxoмoв. Moнeтныe нaxoдки в Aзepб. CCP, вып.I, c.74-75
  4. Пaxoмoв. Шиpвaншax Шaxaншax, c.69-70
  5. M.A.Ceйфeддини. Moнeтнoe дeлo и дeнeжнoe oбpaшeниe в Aзepбaйджaнe XII-XV вв., ч.l. Бaкy, 1978, c.123
  6. 1 2 Пaxoмoв. Шиpвaншax Шaxaншax, c.70
  7. Пaxoмoв. Xимичecкий aнaлиз шиpвaншaxcкиx мoнeт. "Изв. Aзкoмcтapиc", вып.III, Бaкy, 1927, c.61