Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kerem Kirsever
Sərşəhər məscidi
Sərşəhər məscidi — Azərbaycan Respublikasının Ordubad şəhərinin Sərşəhər məhəlləsində yerləşən məscid və tarix-memarlıq abidəsi. XVIII əsrə aid olan məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri də Sərşəhər məscididir. Şəhərin böyük və əsas məhəllələrindən biri olan Sərşəhər məhəlləsinin mərkəzində yerləşdiyi üçün məscid belə adlanır. “Sərşəhər” sözü “şəhərin başı, mərkəzi” mənasındadır. Bu məhəllədə qədim tikililərə daha çox təsadüf olunur. XVIII əsrin əvvəllərində Naxçıvan sancağının Azadciran nahiyəsinə daxil olan Ordubad qəsəbəsinin məhəllələrindən birinin adı indi olduğu kimi Sərşəhər məhəlləsi olmuşdur . Sərşəhər məscidi məhəllənin mərkəzi meydanının şimal tərəfində yerləşir. Bünövrəsi çay daşı, yuxarı hissəsi isə çiy kərpicdən tikilmiş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Sərşəhər məscidi planda kvadrat şəkilli olub, iki mərtəbədən ibarətdir.
Aliyə Timisi Ərsevər
Aliyə Timisi Ərsevər (25 fevral 1963, Divriği, Sivas ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Aliyə Timisi Ərsevər 25 fevral 1963-cü ildə Sivas ilinin Divriği ilçəsində anadan olub. Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. Maliyyə institutlarında, həmçinin təhsil və sığorta sahələrində rəhbər vəzifələrdə təmsil olunub. Almaniyanın Münster şəhərində Baş Konsulluqda sosial işçi olaraq çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. CHP Ankara il, CHP Çanqaya ilçə İdarə Heyətlərinin, həmçinin CHP qadın qanadı İdarə Heyətinin üzvü olub. 2014-cü ildə Çanqaya Bələdiyyəsi Məclis üzvü seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub.