Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarixi-Qızılbaşan
Qızılbaşlar tarixi, Tarixi-Qızılbaşan (fars. تاریخ قزلباشان‎) — anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. == Haqqında == Müəllifi məlum olmayan, "Tarixi-Qızılbaşan" adlı bu əsər 1599–1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: "1598–1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı." Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.
Tarix-i Qızılbaşan
Tarix-i Qızılbaşan - Anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. Müəllifi məlum olmayan, “Tarix-i Qızılbaşan” adlı bu əsər 1599-1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: “1598-1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı. ” Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.