Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tarix-i Qızılbaşan
Tarix-i Qızılbaşan - Anonim müəllif tərəfindən qələmə alınan Səfəvi dövründən bəhs edən tarixi qaynaq. Əsərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövlətində fəal rol oynamış türkmən tayfaları və bəyləri haqqında məlumat verilir. == Haqqında == Müəllifi məlum olmayan, “Tarix-i Qızılbaşan” adlı bu əsər 1599-1605-ci illər arasında yazılmışdır. Mövzu ilə bağlı tədqiqat aparan Babək Cavanşir bunun səbəbini belə izah edir: Müəllif əsərin bir yerində yazır: “1598-1599-cu illərdə Şah Abbasın Xorasanı özbəklərdən xilas etdiyində Hüseyn Sultan Əfşarın tiyulu olan Fərah və İsfizar da o həzrətə tapşırıldı. ” Nüsxənin yazılma tarixi 1604-cü ilə təsadüf edir. Bu da əsərin bu tarixdən əvvəl yazıldığını göstərir. Əsərdə 1592-1593-cü ildə Sadlı boyundan Zülfüqar xandan bəhs olunur və qeyd edilir ki, hal-hazırda vəzifədədir. Zülfüqar xan 1609-cu ildə öldürülüb. Bu o deməkdir ki, əsər bu tarixdən öncə tamamlanıb. Əsər Səfəvi dövlət idarəsində və orduda xidmət etmiş Qızılbaş tayfalarının və mühüm əmirlərin qısa tərcümeyi-hallarına həsr edilmişdir.