Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şimpanze
Şimpanze (lat. Pan) — Primatlar dəstəsinin Hominidlər fəsiləsinə aid insanabənzər meymun cinsi. Bu cinsin iki növü yaşayır, adi şimpanze (Pan troglodytes) və cırtdan şimpanze, bonobo (Pan paniscus).
Adi şimpanze
Adi şimpanze (Pan troglodytes), Primatlar (primatlar) dəstəsinin Hominidae (böyük meymunlar) fəsiləsinə mənsub olan Pan (şimpanze) cinsini təşkil edən iki növdən daha böyüyüdür. “Şimpanze” adından daha çox bu növü ifadə etmək üçün istifadə olunsa da, bu texniki cəhətdən səhvdir. Son vaxtlara qədər daha çox “piqmy şimpanze” və ya “cücə şimpanze” olaraq adlandırılan pan paniscus (bonobo), Pan cinsinin başqa bir növüdür. Konqo Demokratik Respublikasının meşələri ilə məhdud bir yayılma arealına malik olan bonobodan fərqli olaraq, ümumi şimpanze, Qərbi və Mərkəzi Afrikada daha geniş bir yayılma arealına malikdir və bu yayılma arealında ayrı-ayrı regionlarda rast gəlinən dörd alt növə malikdir.
Qombe şimpanze müharibəsi
Qombe şimpanze müharibəsi (ing. Gombe Chimpanzee War) – Tanzaniyada yerləşən Qombe Çayı Milli Parkındakı iki şimpanze icması arasında 1974-78-ci illərdə baş vermiş konflikt. İki şimpanze icması əvvəllər Kasakela icması şəklində birlikdə yaşayırdılar. 1974-cü ildə 8 ay ərzində böyük şimpanze qrupu Kasakeladan ayrılaraq Kahama icmasını əmələ gətirmişdirlər. Separatçılar 6 erkək, 3 dişi və onların bala şimpanzelərindən ibarət idi. Kasakela icması isə 8 erkək, 12 dişi və onların bala şimpanzeləri ilə qalmışdır. Dörd il davam edən qarşıdurma nəticəsində Kasakela şimpanzeləri Kahamanın bütün erkək şimpanzelərini öldürmüş və həmin icmanı məhv etmişdirlər. Kasakela icması yaşayış arealını genişləndirsə də, digər bir şimpanze icması tərəfindən geri çəkilməyə məcbur olmuşdur. Hadisələr primatoloq Ceyn Qudoll tərəfindən müşahidə edilmişdir. Müharibədən öncə Qombe Milli Parkı Qombe Çayı Tədqiqat Mərkəzi kimi tanınırdı.
Şampanye (İzer)
Şampanye (fr. Champagnier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Kle kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38068. Kommunanın 2012-ci il üçün əhalisi 1278 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 239 ilə 516 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 28 km şimal-qərbdə yerləşir.
Şimane prefekturası
Şimane prefekturası — Yaponiyanın Çuqoku regionunda prefektura. Ərazisi 6 707 kvadrat kilometr, əhalisi 716 000 nəfərdir. İnzibati mərkəzi Masue şəhəridir.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.