Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Siniger nunatakı
Siniger nunatakı (bolq. нунатак Синигер, ‘Nunatak Siniger’ \'nu-na-tak si-'ni-ger\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən aralıda yerləşən, 500 m hündürlüklü qaya nunatakıdır. Nunatak cənubi Bolqarıstanda yerləşən Siniger şəhərinin adını daşıyır. Siniger nunatakı 63°43′23″ c. e. 58°25′12″ q. u. koordinatlarında yerləşmişdir. Morava zirvəsindən 2.97 km şimal-şərqdə, Kanikula dağından 4.65 km şərqdə, Giqen zirvəsindən 3.85 km cənubda, Panhard nunatakından 6.54 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Pentti Siimes
Pentti Siimes (10 Sentyabr 1929 – 27 Oktyabr 2016) — Finlandiyalı film aktyoru. O, 1946-cı il ilə 2008-ci il arasında 86-dan çox film və televiziya şousunda rol oynamışdır. Siimes film karyerasına Miriam filmi ilə başlamışdır. Film 8-ci Berlin Beynəlxalq Film Festivalında iştirak etmişdir. Onun ata babası Polşalı idi. Siimes 1956-cı ildə aktrisa Elina Pohyanpaa ilə ailə həyatı qurmuş və 1996-cı ildə o ölənə kimi onunla birlikdə olmuşdur. Naməlum əsgər (1955) Miriam (1957) Qaz, Müfəttiş Palmu!
Masamiçi Şinmey
Masamiçi Şinmey (新明正道, Şinmey Masamiçi, 24 fevral 1898, Taypey, Yaponiya imperiyası – 20 avqust 1984) – Yaponiya sosioloqu. == İlk illəri == 1898-ci ildə Yaponiyanın koloniyası olan Tayvanda doğulmuşdur. 1921-ci ildə Tokio Universitetinin hüquq fakültəsindən məzun olmuşdur. 1926-cı ildə Tohoku Universitetinin köməkçi professoru təyin olunmuşdur. Bir müddət Avropada təhsil aldıqdan sonra Tohoku Universitetinin ədəbiyyat fakültəsinin professoru olmuşdur. == Elmi fəaliyyəti == Şinmey ümumi sosiologiya, tarixi sosiologiya və praktiki sosiologiyanı birləşdirən nəzəri sistemin yaradıcısı olmuşdur. Proqressiv və sosial problemlərə toxunan sosioloq olmuşdur. O, ABŞ sosiologiyasının bir sıra anlayışlarını Yaponiyaya gətirərək və müxtəlif sosial nəzəriyyələrin inkişafını sistematik tədqiq edərək Yaponiyada sosiologiyanın inkişafı üçün töhfə vermişdir. 1944-cü ildə "Sosiologiya lüğəti" (Şakayqaku citen) adlı sosial elmlər lüğətini tərtib etmişdir. Şinmeyin digər əsərlərinə "Cəmiyyətin mahiyyəti" (Şakay honşitsu ron, 1942), "Sosiologiya tarixinin xülasəsi" (Şakayqaku şi qaysetsu, 1954) və 11 cildlik "Masamiçi Şinmeyin seçilmiş əsərləri" (Şinmey Masamiçi çosakuşu, 1976–1984) daxildir.
Qasımağalı (Şınıx)
Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır. 1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər Qasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır.
Şınıx (Allahverdi)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx (Borçalı)

Şınıx (Gədəbəy)
Şınıx — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Şınıx kəndi Göyəlli kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şınıx kənd ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsi qonşu kəndlərdən Ağdam, Tovuz rayonlarından gəlmiş əhali tərəfindən Şınıx adlı ərazidə salınmışdır. Oykonimi qədim türk dillərindəki şinq (sıldırım qaya), sınıq (tayfa adı), Azərbaycan dilindəki şenlik (qalabalıq, çox adam olan yer) sözləri ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. Şınıx əhalisi bütövlükdə türk əsilli xalqdır. Şınıxda bir sıra arxaik sözə müasir Asiya, eləcə də Türkiyə türkcəsində rast gəlinməkdədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 700 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şınıx (Loru)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.