Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiləvar
Şiləvar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Şiləvar kəndi Kərgəlan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şiləvar kənd Soveti yaradılmışdır. Şiləvar sözünün mənası talış dilində "saf küləkli yer" deməkdir. Şiləvar kəndinin qəbr tərəfindən Tunc dövrünə aid edilən "Sığni" qəbristanlığı mövcuddur. Kəndin ərazisində yerləşən "Divəlonə" qəbristanlığı isə e.ə. IX-VII əsrlərə aiddir. Bu kənd haqqında tarixi mənbələr olan "Əxbarnamə"də və "Cəvahirnameyi-Lənkəran"da məlumat verilmişdir. Lənkəran Dövlət Universitetinin müəllimi, tarixçi-etnoqraf Həşim Kəlbiyevin tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, hazırkı kəndin tarixi ən azı XVI əsrdən başlayır. Kənddə tunc dövründən bəri məskunlaşma mövcud olsa da, kəndin inkişafı əsasən XVIII əsrin ortalarına təsadüf edir. Talış xanlığının paytaxtının Astaradan Lənkərana köçürülməsindən sonra Lənkəran şəhəri ilə yanaşı yaxınlıqdakı Şiləvar kəndi də sürətlə inkişaf etməyə başlamışdır.
Şivələr
Şivə, həmçinin subdialekt və ya altdialekt (q.yun. διάλεκτος, "diskurs") — müəyyən bir dildə danışanların kiçik, adətən coğrafi cəhətdən əlaqəli hissəsi tərəfindən ünsiyyətdə istifadə olunan dil növü. Bu, dialektin əsas bölgüsüdür. Булич С. К. Говор // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Говор // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Dilədar (Urmiya)
Dilədar (fars. ‎دلادر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 561 nəfər yaşayır (91 ailə).
Şiləvar bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şivəmər (Sərdəşt)
Şivəmər (fars. شيوه مر‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 326 nəfər yaşayır (46 ailə).
Şivəsal (Sərdəşt)
Şivəsal (fars. شيوه صل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 114 nəfər yaşayır (21 ailə).
Şivyar (Miyanə)
Şivyar (fars. شيويار‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 266 nəfər yaşayır (86 ailə).
Şivyar (Çaroymaq)
Şivyar (fars. شيويار‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə kənddə 126 nəfər yaşayır (29 ailə).
Tivadar Kostka Çontvari
Tivadar Kostka Çontvari (mac. Csontváry Kosztka Tivadar; 5 iyul 1853[…], Sabinov, Macarıstan krallığı – 20 iyun 1919[…], Budapeşt) — macar rəssamı 1853-cü ildə kiçik macar kəndi Kişsebendə anadan olmuşdur.Onun atası Laslo Kostka həkim və əzcaçı olmuşdur. Tivadar və onun beş qardaşı atasının sənətini davam etdircəklərini bilirdilər. Farmakologiyanı öyrənməmişdən əvvəl Koskta Unqvar (indiki Ujqorod) şəhərində gimnaziyanı bitirmiş, bir müddət ticarətlə məşğul olmuş, sonra hüquq fakultəsinin mühazirələrini dinləmiş, sonra əzcaçı olmuş və 14 il ərzində bu peşə ilə məşğul olmuşdur. Onun yaradıcılıq yolu 1880-ci ildə başlamışdır. Belə ki, bir dəfə aptekdə çalışdığı zaman şüursuz şəkildə əlinə karandaş və resept kağızı götürərək çəkməyə başlayır. Kağızda aptekin yanından ötən araba təsvir edilmişdi. Sonralar öz avtobioqrafiyasında Tivadar bu hadisənin onda öncədəngörmə olduğunu bildirmişdir. Başlanğıc üçün Tivadar atasının ailə biznesindən uzaqlaşır və Macarıstanın şimalında yerləşən Qats şəhərində şəxsi aptekini açır. O, 10 il bu aptekdə çalışaraq özünün gələcək yaradıcılığı üçün kapitalını yaratmış olur.
Sivədərə (Salmas)
Sivədərə (fars. سيوه در‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 343 nəfər. yaşayır (55 ailə).
Leopold Sedar Senqor
Leopold Sedar Senqor (fr. Léopold Sédar Senghor, 9 oktyabr 1906[…], Joel-Fadiut – 20 dekabr 2001[…]) — Seneqallı şair və yazıçı, filosof, siyasətçi; Seneqalın ilk prezidenti. == Mükafatları == Qızıl çələng mükafatı (1975).