Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şoranvari yovşan
Şoranvari yovşan (lat. Artemisia salsoloides) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Rusiyada Belqorodun cənub-şərqində, Voronej vilayətinin cənubunda, Rostov, Volqoqrad, Saratov, Kuybışev, Orenburqda, Başkiriya MR-nın cənub-şərqində, Ukraynanın şərqində, Qazaxıstanın qərbində, Azərbaycanda yayılmışdır. Hamaşçiçəyi dar, sıxılmış süpürgə və ya salxımdır. Səbəti 2,5-3,5 mm uzunluğunda, salxımşəkilli çiçək qrupundadırlar: aşağı yarpaqları 2-3,5 sm uzunluğunda, sadə lələkvari parçalanmışdır. Çılpaq və ya bəzən seyrək ulduzvari tüklüdür. Oktyabr ayında çiçəkləyir, dekabr ayında toxum verir. Təbaşir dövrü qalıqlarının səciyyəvi bitkisidir. Əhəngdaşı və digər daşlı yamaclarda rast gəlinir. Bu növün olması torpağın yuyulmasının ilkin mərhələlərinə və ya cavan təbaşir qalıqlarına aid olduğunu göstərir.
Oraqvari akasiya
Oraqvari akasiya (lat. Acacia falcata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. 5-m hündürlüyə çatan, çoxillik kol və ya ağacdır. Vətəni Şərqi Avstraliyadır. Elmi adı yarpaqları oraqşəkilli olduğuna görə verilib. Kulturada becərməyə uyğunlaşdırılaraq kolluqların bərpasında istifadə olunur. 2–5 m hündürlüyündə olan kol və ya kiçik bir ağacdır ki, gövdəsi boz və ya qara qabıqla örtülü olur. Əksər akasiyalarda olduğu kimi, yarpaqlardan çox oraqvari filloklaidiyaları olur. Onların uzunluğu 7-19 sm, yaxşı nəzərə çarpan əsas damarlı, solğun yaşıl və ya boz-yaşıl rənglidir. Kiçik dairəvi çiçəkləri ağımtıl və ya solğun-sarı rəngdədi.
Sirkanvari həlməl
Sirkanvari həlməl (lat. Zygophyllum atriplicoides) — bitkilər aləminin həlməlçiçəklilər dəstəsinin həlməlkimilər fəsiləsinin həlməl cinsinə aid bitki növü. Azərbaycan, Оrta Аsiya (Tyan-Şan, Pamir-Alay Kopetdağ), İran və Ermənistanda təbii arealları vardır. Naxçıvan düzənliyində, aşağı dağ qurşağından orta dağ qurşağına qədər olan sahələrdə yayılmışdır. Аzərbaycanın nadir, relikt bitki növüdür. VU A2c+3c. Naxçıvan MR-nın quru daşlı olan ərazilərində rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Təbiətdə 80-100 sm hündürlüyündə dağınıq budaqlı, qabığı ağımtıl-boz rəngdə olan kolcuqdur. İkievli bitkidir.
Sirkаnvаri həlməl