Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korokke
Korokke (yap. コロッケ) — yapon mətbəxinə aid yemək. Bu yemək növü ət, dəniz məhsulları və ya tərəvəz, un, yumurta, çörək parçaları və yağda qızardılmış əlavə edilən xırçıltılı və kartoflu kroket kimidir. Müstəqil yemək və ya digər yeməklərə əlavə olaraq istifadə olunur, məsələn yapon karrisi, tonkatsu. Çox vaxt bento ilə qoyulur. == Tarixi == 1887-ci ildə fransızlar Yaponiyada ilk kroket istehsal etdilər. Bu dövrdə süd emalı texnologiyası Yaponiyada populyar olmadığı üçün kartof püresi ilə korokke istehsal edilməsi düşünülmüşdür. Beləliklə, korokke tezliklə Yaponiya mətbəxinin ayrılmaz tərkib hissəsinə çevrilir. == Növləri == Korokkenin müxtəlif növləri vardır. Məsələn: kartof korokkesi, ət korokkesi, tuna korokkesi, tərəvəz korokkesi, karri korokkesi, boranı korokkesi, kremli korokke və s.
Tatyana Sorokko
Tatyana Sorokko (rus. Татьяна Сорокко) (təxəllüsü Соро́кко 26 dekabr 1971, Arzamas-16) — rusiyalı Model və Moda redaktor. Tatyana Nikolayevna Sorokko 26 dekabr 1971-ci ildə indiki Arzamas-16 şəhərində. Tatyana Sorokko Prada, Chanel, Alexander McQueen, Christian Dior, Calvin Klein, Donna Karan, Valentino, Marc Jacobs, Ralph Lauren, Chloe, Christian Lacroix, Givenchy, Jean-Paul Gaultier, Gianfranco Ferre, Issey Miyake, Kenzo, Michael Kors, Karl Lagerfeld, Gianni Versace, Yves Saint Laurent və digər moda evləri üçün podiuma çıxırdı. Vogue, Harper's Bazaar, Marie Claire, Cosmopolitan, ELLE kimi brend jurnalların üz qabığını bəzəyirdi. Pantene kosmetik markanın "üzü" seçilmişdi, həmçinin Donna Karan, Yves Saint Laurent, Ungaro, Versace, brendlərin reklam kampaniyalarında iştirak etmişdi. Tatyana Sorokko anketi: Boyu : 180 sm Sinə ətrafı : 86,5 sm Beli : 61 sm Omba genişliyi : 86,5 sm Saçlarının rəngi : Sarışın Gözlərinin rəngi : Mavi "Татьяна Сорокко: FashionModelDirectory.com" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib. "Татьяна Сорокко: [[Internet Movie Database]]" (ingilis). 2012-05-11 tarixində arxivləşdirilib.
Soroki qalası
Soroki qalası (rum. Cetatea Soroca) — Moldovanın Soroki şəhərində yerləşən tarixi qala. Soroki qalası 1499-cu ildə Moldova şahzadəsi III Stefan tərəfindən tikdirilmişdir. Dnestr çayı (rum. Nistru) üzərindəki çay keçidini müdafiə edən orijinal taxta qala Dnestr üzərindəki 4 qaladan (məsələn, Akkerman və Xotin), Danube çayı üzərindəki 2 qaladan və orta Moldovanın şimal sərhədində yerləşən 3 qaladan ibarət istehkam zəncirinin ən əhəmiyyətli həlqəsi təşkil edirdi. 1543–1546-cı illərdə Pyotr Rareş qalanı daşdan yenidən tikdirmişdir və qalaya bərabər məsafələrdə yerləşən 5 bürc əlavə etmişdir. Böyük Türk müharibəsində III Sobeski qalanı osmanlılara qarşı uğurla müdafiə etmişdir. Qala I Pyotrun 1711-ci ildəki Prut yürüşündə böyük hərbi əhəmiyyətə malik idi. Rusiya-Osmanlı müharibəsi dövründə (1735–1739) istehkam ruslar tərəfindən talan edilmişdir. Soroki qalası Soroki şəhərinin görməli yerlərindən biri hesab olunur.