Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şüalanma
Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi əks olunur, bir hissəsi cisimlər tərəfindən udularaq onların daxili enerjisinə çevrilir. Bunun nəticəsində cisimlər qızır. "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar alfa, betta və qamma kimi müxtəlif şüalar yaymaq sürətiylə parçalanmaqdadırlar. Ətrafına bu şəkildə şüa saçaraq parçalanan maddələrə Radioaktiv maddə ("işıqlanmış maddə") deyilir. Şüalanma sözünün mənası bir nöqtədən çıxma, yayılma, səpilmə (şüa-bir nöqtədən başlayan düz xətt) deməkdir.
Normal paylanma
Normal paylanma və ya Qauss paylanması – kəsilməz ehtimal paylanmasının vacib növü. Fiziki kəmiyyət bir çox təsadüfi amillərin təsirinə məruz qaldıqda o normal paylanmaya tabe olur. Məlumdur ki, belə hallar təbiətdə çox rast gəlinir. Onlardan normal paylanma geniş yayılmışdır, onun adı da buradan götürülmüşdür. Normal paylanmanın mahiyyəti mərkəzi limit teoreminə əsaslanır. Burada deyilir ki, bir-birindən asılı olmayan, identik paylanmış təsadüfi dəyişənlərin sərhəd qiymətləri normal paylanır. Təsadüfi dəyişənlər o vaxt normal paylanırlar ki, onlar çoxlu sayda amillərin təsirlərinin cəmlənməsindən yaranır və hər bir amil ayrı-ayrılıqda heç bir əhəmiyyətli təsirə malik deyil. Təsadüfi parametrlərin normal paylanmasından sürətlərin, ölçü xətalarının, nəzarət xətalarının təyini zamanı aparılan sınaqlar zamanı istifadə edilir. Riyazi və statatistik qiymətləndirmələr zamanı qiymətləndirilən funksiya əmsallarının meyilli olub olmamasının təyin edilməsi üçün normal paylanmadan istifadə edilir. Ehtimal paylanma sıxlığı f : R → R , x ↦ f ( x ) {\displaystyle f:\mathbb {R} \to \mathbb {R} ,\ x\mapsto f(x)} olan bir kəsilməz təsadüfi dəyişən üçün: f ( x ) = 1 σ 2 π exp ⁡ ( − 1 2 ( x − μ σ ) 2 ) {\displaystyle f(x)={\frac {1}{\sigma {\sqrt {2\pi }}}}\exp \left(-{\frac {1}{2}}\left({\frac {x-\mu }{\sigma }}\right)^{2}\right)} o vaxt μ {\displaystyle \mu } - σ {\displaystyle \sigma } -normal paylanır ki, X ∼ N ( μ , σ 2 ) {\displaystyle X\sim {\mathcal {N}}(\mu ,\sigma ^{2})} və ya ( μ , σ 2 ) {\displaystyle (\mu ,\sigma ^{2})} -da normal paylansın, burada μ {\displaystyle \mu } riyazi gözləməni (orta kəmiyyət) və σ {\displaystyle \sigma } təsadüfi kəmiyyətin variyansıdır.
Paylanma (iqtisadiyyat)
Paylanma (ing. distribution), iqtisadiyyatda — maddi sərvətin iqtisadi münasibətlər subyektləri arasında bölünməsi. İlkin bölüşdürmə ümumiyyətlə əmək bölgüsü nəzərə alınmaqla maddi sərvət yaratmaq prosesində mülkiyyət hüquqlarının reallaşması əsasında baş verir. Yenidən bölüşdürülmə vergi, xeyriyyəçilik, sosial təminat, kommunal xidmətlər, torpaq münasibətləri, pul siyasəti, müsadirə, ailə hüququ kimi sosial mexanizmlər vasitəsilə pul və ya digər müavinətlərin bir şəxsdən digərinə ötürülməsi zamanı baş verir. Bu termin ümumiyyətlə fərdlər arasında deyil, bütövlükdə iqtisadiyyatda paylanmaya aiddir. Paylanma ehtiyacı əmək bölgüsü — cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin keyfiyyətcə fərqlənməsi, müxtəlif növlərinin təcrid olunmasına və qarşılıqlı təsirinə səbəb olur. Əməyin vasitələrini və əşyalarını əvvəlcədən iştirakçılar arasında paylamaq üçün əmək "bölmək"; yalnız bundan sonra istehsalata başlamaq olar: İstehsal tapşırığı (istehsal dövrü başa çatdıqdan) sonra, ayrı-ayrı təcrid olunmuş əməyin nəticələri işçilər arasında bölüşdürülməlidir. Hər biri fərdi istehlakından qat-qat çox olan bir şey istehsal etdi; bununla birlikdə istehlak etdiyi qidanın əsas hissəsini onun özü yox, başqaları istehsal edirdi. Beləliklə, bu dövrdə daha bir paylama proseduru tələb olunur, lakin bu dəfə “paylanmanın” məqsədi hazır məhsul, əməyin nəticəsidir. Gəlirin paylanması müəyyən bir iqtisadiyyatda müşahidə olunan məlum müşahidələrin təsvir edilməsi üçün istifadə edilə bilər.
Qamma şüalanma
Qamma şüalanma (simvolu: γ) –olduqca qısa dalğa uzunluğu ilə xarakterizə olunan elektromaqnit şüalanmasının bir növüdür. Dalğa uzunluğu 0.1 nm və ondan kiçik elektromaqnit dalğaları olub, yüksək enerjili foton selindən ibarətdir. İonlaşdırıcı şüalanmaya, yəni bir maddə ilə qarşılıqlı təsir göstərərək fərqli əlamətlərin ionlarının meydana gəlməsinə səbəb ola biləcək radiasiyaya aiddir. Qamma şüalanması yüksək enerji fotonların (qamma şüalarının) axınıdır. Qamma və rentgen şüaları arasındakı kəskin sərhəd müəyyən edilməməsinə baxmayaraq, qamma-şüa kvantının enerjisinin 105 eV-dən çox olduğu qənaətindədir. Elektromaqnit dalğalarının miqyasında, qamma şüaları rentgen şüaları ilə həmsərhəddir, daha yüksək tezlik və enerji aralığını tutur. 1-100 keV aralığında qamma şüalanması və rentgen şüalanması yalnız mənbəyində fərqlənir: əgər nüvə keçidində kvant yayılıbsa, onu qamma şüalanmasına aid etmək olar. Bir parçalanma zamanı verilən maddənin nüvəsindən xaricə alfa və betta zərrəciklər olmaqla yalnız biri atılır. İstənilən radioaktiv nüvə parçalanması isə qamma - fotonların şüalanması ilə müşahidə olunur. Beta şüalanmasının spektrinin nə üçün bütöv alınmasını araşdıran Pauli 1932-ci ildə fərz edib ki, nüvədən betta zərrəciyi ilə yanaşı kütləsi kiçik neytral zərrəcik də kənar edilir.
Radiaktik şüalanma
Radioaktiv şüalanma – alfa, beta və qamma şüalarının yayılması. Ətraf mühitə radioaktiv parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının parçalanmasından yaranan dağıdıcı amillərdən biri. Radioaktiv zəhərlənmə insan orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü, sualtı və su üstündə nüvə partlayışlarından meydana gələn Radioaktiv zəhərlənmə daha təhlükəlidir. Radioaktiv zəhərlənmə. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə atımının bölünmə məhsulları (izotoplar), radioaktiv maddələr, habelə nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir.
Radioaktiv şüalanma
Radioaktiv şüalanma – alfa, beta və qamma şüalarının yayılması. Ətraf mühitə radioaktiv parçalanma məhsullarının yayılması: nüvə döyüş sursatının parçalanmasından yaranan dağıdıcı amillərdən biri. Radioaktiv zəhərlənmə insan orqanizminə zərərli təsir göstərir (şüa xəstəliyi törədir). Yeraltı, yerüstü, sualtı və su üstündə nüvə partlayışlarından meydana gələn Radioaktiv zəhərlənmə daha təhlükəlidir. Radioaktiv zəhərlənmə. zamanı qrunta (suya) və havaya başlıca olaraq nüvə atımının bölünmə məhsulları (izotoplar), radioaktiv maddələr, habelə nüvə atımı atomlarının parçalanmayan hissəsi keçir.
Rentgen şüalanma
Rentgen şüaları- Vilhelm Rentgen tərəfindən kəşf edilmiş (1895) və X-şüaları (İks şuaları) adlandırılmışdır. Elektromaqnit dalğalarının şkalasında spektrin qamma şüalanma ilə ultrabənövşəyi şüalanma arasındakı dalğalar diapazonunda yerləşir. Dalğa uzunluğu λ < 2 A ˙ {\displaystyle \lambda <2{\dot {A}}} olan Retgen şüaları şərti olaraq sərt Retgen şüaları, λ > 2 A ˙ {\displaystyle \lambda >2{\dot {A}}} olan Retgen şüaları yumşaq adlanır. Rentgen borusu, radioaktiv izotoplar rentgen şüalarının mənbəyidir. Radioaktiv izotoplardan alınan rentgen şüalarının intensivliyi retgen borusu vasitəsi alınan rentgen şüalarının intensivliyindən dəfələrlə az olur. Günəş və digər kosmik obyektlər Rentgen şüalarının təbii mənbələridir. Rentgen şüalarının spektri onların yaranma mənbəyindən asılı olaraq kəsilməz və xətti ola bilər. Kəsilməz spektr elektronların hədəf atomları ilə toqquşması nəticəsində yaranır. Xətti spektr hədəf atomlarının ionlaşdırılması nəticəsində alına bilər. Rentgen şüaları gözlə görünmür.
Ultrabənövşəyi şüalanma
Ultrabənövşəyi şüalanma (ing. ultraviolet, UV) — dalğa uzunluğu 10–400 nanometr arasında şüalanmadır. İnsan gözü 400–700 nanommetr dalğa uzunluqlarına həssasdır və bu spektrin xaricindəki şüaları görə bilmir. Gözün görə bildiyi ən kiçik dalğa uzunluqlu şüalanma bənövşəyi olduğundan, ondan daha kiçik dalğa uzunluğuna sahib olan şüaya "ultra bənövşəyi" adı verilmişdir. Bütün ultrabənövşəyi şüaların eyni xarakteristikaya sahib olmadığı və canlılar üzərindəki təsiri fərqli olması səbəbi ilə Ultrabənövşəyi şüalanma UŞ-A, UŞ-B və UŞ-C adlanan üç kateqoriyaya ayrılmışdır. UŞ-A: O biri şüalara nisbətən 95%-i ilə ən geniş ultrabənövşəyi şüadır. Ozon təbəqəsi bu şüaların keçməsinə imkan verir. UŞ-B: Olduqca təhlükəlidir. Bu şüaların böyük bir qismi, ozon təbəqəsi bu şüaların keçməsinə mane olur. Ultrabənövşəyi şüalarının 5 %-ni təşkil edir.
İnfraqırmızı şüalanma
İnfraqırmızı((İQ) ~ en. infrared (IR) ~ ru. инфракрасный (ИК) ~ tr.kızıl ötesi) – elektromaqnit spektrinin görününən qırmızı işıqdan azacıq aşağı tezliklərdə elektromaqnit şüalanması. İnfraqırmızı diapazon ənənəvi olaraq dalğa uzunluqlarına görə dörd qismən ixtiyari kateqoriyaya bölünüb: Yaxın infraqırmızı 750 – 1500 nanometr (nm) Orta infraqırmızı 1500 – 6000 nm Uzaq infraqırmızı 6000 – 40000 nm Çox uzaq infraqırmızı 40000 nm – 1 mm infraqırmızı-şüalanmaya bəzən yüksək temperatur şüalanması (radiasiyası) da deyirlər ki, bu da əslində tam doğru deyil. İQ-şüalanmanı yüksək temperaturun dəriyə təsiri ilə müqayisə etmək olar və buna görə də o, istilik kimi hiss edilir. Lakin bütün obyektlər İQ-diapazonda öz temperaturlarına mütənasib olaraq şüalanırlar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Şüalanma dozası
Şüalanma dozası — Şüalanmanın canlı orqanizmə verdiyi zərər onun toxumaya ötürdüyü enerjinin miqdarından və bu enerjinin toxumada paylanması xüsusiyyətlərindən asılıdır. Maddənin vahid kütləsi tərəfindən udulan şüalanma enerjisinə udulan doza deyilir. Udulan dozanın vahidi Qreydir. 1Qrey(Qr) – 1kq kütlə tərəfindən 1Coul enerjinin udulduğu dozadır. Müxtəlif növ şüalanma növlərinin insan orqanizminə və toxumalara təsiri fərqlidir. İonlaşdırıcı şüalanma növlərindən asılı olaraq eyni qədər udulan dozanın təsirindən əmələ gələn radiobioloji effektlər fərqli olur. Bu ionlaşdırıcı müxtəlif şüalanmaların hissəciklərinin toxuma ilə qarşılıqlı təsiri zamanı enerjinin ötürülməsi mexanizminin fərqli olması ilə əlaqədardır. Müxtəlif şüalanma növlərinin radiobioloji effekt yaratma qabiliyyətlərinin fərqini əks etdirmək üçün ekvivalent doza adlanan kəmiyyət daxil edilir.
Nüvə şüalanma detektoru
Nüvə şüalanma detektoru — α {\displaystyle \alpha } zərrəcikləri və elementar zərrəcikləri qeydə almaq, saymaq, tərkibini təyin etmək, intensivliyini və enerji spektrlərini ölçmək üçün cihaz. Nüvə şüalanma detektoru iki sinfə bölünür: sayğaclar və iz qeydediciləri. Sayğaclar vasitəsilə fəzanın müəyyən hissəsindən müəyyən anda keçən zərrəciklər qeyd olunur, onların enerjisi, yükü, sürəti və kütləsi təyin edilir. Heyker—Müller və Çerenkov sayğacları, lüminessent və yarımkeçirici sayğaclar belə sayğaclardandır. İz qeydedicilərdə yüklü zərrəciyin izinin (trekinin) fotoşəkli çəkilir. Bu, qeyri-stabil zərrəciklərin parçalanma proseslərini öyrənməyə imkan verir. Vilson kamerası, diffuziya kamerası, qabarcıqlı kamera, qığılcım kamerası və qalınlaylı nüvə fotoemulsiyaları bu növ qeydedicilərdəndir. Nüvə şüalanma detektorunun iş prinsipi yüklü zərrəciklərin detektoru işçi həcmini dolduran maddə atomlarını həyəcanlandırmasına və ya ionlaşdırmasına əsaslanır. γ {\displaystyle \gamma } — kvantlar və neytronlar isə detektorun işçi maddəsi ila qarşılıqlı təsirləri nəticəsində yaranan yüklü zərrəciklər vasitəsilə qeyd olunur. Nüvə zərrəciklərinin maddədən keçməsi sərbəst elektronların, ionların, işıq [parıltılarının (ssintillyasiya) yaranması, həmçinin kimyəvi və istilik dəyişiklikləri ilə müşayiət olunur.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır. Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir.
Nəzarət altında saxlanma
Nəzarət altında saxlanma və ya müvəqqəti həbs cinayət törətməkdə şübhəli bilinən şəxsin həmin cinayəti törətdiyinə dair sübutların olması halında dövlət ittihamçısının qərarı ilə, ibtidai istintaqın aparılması və ya istintaqın başa çatdırılması üçün lazım gəldikdə məcburi formada, hüquq-mühafizə orqanları tərəfindən müəyyən müddətə həbsdə saxlanması prosesidir. Həbs şübhəli bilinən şəxsin dövlətin hüquq-mühafizə orqanları tərəfindən qanuni əsaslarla müvəqqəti olaraq nəzarət altında saxlanılmasıdır. Çox vaxt saxlanılan şəxs əvvəlcə təcridxanaya aparılaraq burada ifadə verir, daha sonra isə qarşısına çıxarıldığı prokuror onun azadlığa buraxılmasını və ya məhkəməyə göndərilməsini tələb edir.