Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdülrəzzaq
Əbdülrəzzaq (Çaldıran) — Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Əbdülrəzzaq (Kəleybər) — Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd.
Əbdülrəzzaq (Kəleybər)
Əbdülrəzzaq (fars. عبدالرزاق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 321 nəfər yaşayır (72 ailə).
Əbdülrəzzaq (Çaldıran)
Əbdülrəzzaq (fars. عبدالرزاق‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (22 ailə).
Əbdürrəzzaq Səmərqəndi
Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi (1413—1482) — Orta Asiya tarixçisi. == Həyatı == Əbdürrəzzaq Səmərqəndi 1413-cü ildə Herat şəhərində doğulmuşdu. Uzun müddət Teymurluların sarayında (Səmərqənddə) xidmət etmişdir. 1463-cü ildən isə o, Sultan Şahruxun Heratdakı xanəgahının şeyxi olmuşdur. O, fars dilində yazdığı “Mətlə əs-sədeyn və məcmə əl-bəhreyn” (“İki xoşbəxt ulduzun doğulması və iki dənizin qovuşması”) əsərində57 1304-1470-ci illərin hadisələrini əks etdirmişdir. Əsərin II cildində Çobanlılar, Cəlairilər, Qaraqoyunlular, Şirvanşahlar, Teymurlular Azərbaycana yürüşləri, onların Şirvanşahlarla münasibətləri, Azərbaycanda baş vermiş üsyanlar haqqında məlumatlar vardır. Kəmaləddin Əbdürrəzzaq ibn İshaq Səmərqəndi 1482-ci ildə Herat şəhərində vəfat edib. == Əsərləri == Əbdürrəzzaq Səmərqəndi Mavəraünnəhr və Orta Şərq məmləkətlərinin XIV-XV əsrlərdəki tarixinə aid məlumatları yazısında cəmləşdirib "Mətləi səideyn və məcməi bəhreyn" adlı əsər qələmə almışdı. Əsərin tənqidi mətni elmi izahlarla 1960-cı və 1969-cu illərdə Daşkənd şəhərində nəşr edilib. Əsərin əlyazmasının bir nüsxəsi Saltıkov-Şedrin adına LDUK-də saxlanılır.
Əbdürrəzzaq xan
Əbdürrəzzaq xan (?-1729) — Toxmaqlı oymağının məşhur simalarından biri. Qaradağ hakimi. Əbdürrəzzaq xan 1725-ci ildə osmanlıların yürüşü zamanı müqavimət göstərmədən rəqib tərəfə keçmiş və paşa ünvanını almışdı. 1725-1727-ci illərdə Əbdürrəzzaq xan paşa olaraq Osmanlı dövlətinə qulluq edib. 1727-ci ildə Qaradağda Osmanlılara qarşı üsyan başladı. Üsyana Əbdürrəzzaq xan özü başçılıq edirdi. 1729-cu ildə üsyan yatırılır, Əbdürrəzzaq xan qətlə yetirilir. Məhəmmədqasım xanın oğlu. == Mənbə == Ənvər Çingizoğlu. Qaradağlılar.
Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)
Əbdürrəzzaq Növrəs— XVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi == Həyatı == Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır.
Əbdürrəzaq bəy Dünbili
Dünbüli Əbdürrəzaq bəy Nəcəfqulu xan oğlu (1762/63, Xoy ş. 1827/28, Təbriz) — Azərbaycan və İran tarixçisi, təzkirəçi, şair. == Həyatı və yaradıcılığı == Xoy bölgəsində yaşamış məşhur dünbililər nəslindəndir. Atası Təbriz bəylərbəyisi olmuşdur. 10 yaşın da ikən icti mai-siyasi səbəblər üzündən girov kimi Şiraza göndərilmiş, 14 il Şirazda ev dustağı, bir müddət isə İsfahanda qalmış, Ağa Mə həmməd şah Qacar İsfahanı tutduqdan sonra (1785) başqa azərbaycanlı girovlarla birlikdə vətənə qayıtmışdır. Mükəmməl təhsil almış, bir müddət vəliəhd Abbas mirzə Qovanlı-Qacarın yanında xidmət etsə də, əsasən, elmi-ədəbi fəaliyyətlə məşğul olmuşdur. Ərəb və fars dillərində yazmışdır. Avtobioqrafik səciyyəli "Hədaiq ül-cinan" ("Cənnət bağları") əsərində həyatının Şiraz dövrünü, şirazlı alim və şair müasirlərinin həyat və yaradıcılığını işıqlandırmışdır. "Hədiqə" ("Bağ"), "Rövzət ül-adab və cənnətül-əbvab" ("Ədəb bağçası və qəlb cənnəti", 1809), "Həqayiq ül-ənvar" ("Nurun həqiqəti", 1814), "Hədaiq ül-üdəba" ("Ədiblər bağı", 1816), "Nigaristani-Dara" ("Dara sərgisi", 1825) təzkirələrində klassik və müasir ərəb, fars və Azərbaycanlı şairlərinin, o cümlədən Nizami Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani, Əbülüla Gəncəvi, Mücirəddin Beyləqani və başqalarının həyat və yaradıcılığından danışılır. Fətəli şah dövründən bəhs edən "Məasiri-sultaniyyə" ("Sultan abidələri", 1826-cı ildə Təbriz də nəşr edilmişdir), "Camei-xaqani" ("Şahlığın mükəmməl tarixi"), Dünbülilər sülaləsinin tarixi haqqında "Riyaz ül-cənnə" ("Cənnət bağları"), "Məftun" təxəllüsü ilə yazdığı mənzum və mənsur bədii yaradıcılıq nümunələrinin bir hissəsinin toplandığı "Təcrübət ül-əhrar və təsliyyət ül-əbrar" ("Nəcabətlilər üçün təcrübə və müqəddəslər üçün təsəlli", 1813) əsərləri, qəzəl və qəsidələrdən ibarət "Divan"ı, "Naz və Niyaz", "Hümayün-namə", "Səlim və Səlfi" məsnəviləri var.