Əbdürrəzzaq Növrəs (Növrəs Qədim)

Əbdürrəzzaq NövrəsXVIII əsr yaşamış şair, ictimai xadim, dövlət xadimi

Həyatı[redaktə | mənbəni redaktə et]

Əbdürrəzzaq Növrəs Məhəmməd oğlu XVIII əsrdə Kərkükdə doğulmuşdur. Şairin əsl adı Əbdürrəzzaq Növrəsdir. Qədim sözü əsərlərində işlətdiyi təxəllüsüdür. Bu sözü 19-cu yüzilliyin şairlərindən olan Osman Növrəsdən fərqlənmək üçün götürmüşdür[1]. Şairin dəqiq doğum tarixi bəlli deyil. İlk təhsilini doğulduğu Kərkükdə almışdır. Həm türkcə, həm farsca qələmə aldığı əsərlərindən yaxşı bir ailədə böyüməsi, bir neçə dil biliyi olması haqqında məlumat vardır[2]. Sonralar Osmanlı dövlətində Diyarbəkir valisi Həkimoğlu Əli Paşanın yanında çalışmağa başlamışdır. Növrəs Əli Paşanın Şərqdəki sərdarlıq və valilik kimi vəzifələri əsnasında katiblik xidmətinə girərək onun yanında müxtəlif yerlərdə olmuş, Diyarbəkir valisi olarkən Həkimoğlunun rəhbərliyi ilə 1143-cü ildə (m. 1731-ci il) Təbriz səfərinə qatılmışdır. 1144-cü ildə (m. 1732) Zilqədə ayının ortalarında İstanbula qayıtmışdır[3]. Əbdürrəzaq Növrəs hicri 1144-cü ildə Xocazadə Abdullahın qızı ailə həyatı qurmuşdur. Sonradan Məvali-i Dövriyyə məktəbinə daxil olmuşdur. Bir müddət Tokat hakimlik və naibliyində, bir müddətdə Filibe hakimliyində çalışdığı özünün "Münşəat" əsərində keçən müxtəlif məktublarında qeyd olunur[3]. Filibe hakimliyinin sonlarına doğru əvvəlcə Kritin Resmo qəsəbəsinə sürgün edilmiş, daha sonra sürgün yeri Bursaya dəyişdirilmişdir. Sürgündən sonra Kütahya hakimliyinə gətirilmişdir. Həyatının sonlarında yenidən Bursaya sürgünə göndərilmiş, 6 may 1762-ci ildə orada vəfat etmişdir[4]. Qəbrinin yeri dəqiq müəyyən olumasa da məzar daşının Bursa Muzeyində olduğu deyilir[5].

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Əbdürrəzzaq Növrəs XVIII yüzilin ortalarında yetişən, bəziləri mənzum, bəziləri mənsur olmaqla qələmə aldığı əsərləri ilə divan ədəbiyyatında mühüm yer tutan şairyazarlardan biridir[6]. Qələmə aldığı əsərlər dövrün ictimai-siyasi reallığı ilə uzlaşıb. Mənzumələrində qürbətdə keçən sıxıntılı günlərini əks etdirmişdir[7]. Şairin Farsca Divanı 1210 beytdən ibarətdir[8]. Növrəs Qədim məşhur Osmanlı türk şairləriNədim, Seyid Vəhbi, Ragib, Nüzhətdən bəhrələnmişdir[9]. Kərküklü şairin türkcəfarsca divanından başqa "Qəzveyi Bədr", "Loğaza dair", "Münşəat", "Məbalüğ ül-Hikəm", "Təbrizin istirdadina dair risalə" və s. əsərləri mövcuddur. "Təbrizin istirdadına dair risalə" müxtəlif mənbələrdə "Tarixçə", "Təbriziyyə", "Vaqeyi Təbriz", "Tarixçeyi Növrəs", "Təbriziyyəyi Həkimoğlu Əli Paşa" və s. adlanır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Türkcə divan
  • Farsca divan
  • Qəzveyi Bədr
  • Loğaza dair
  • Münşəat
  • Məbalüğ ül-Hikəm
  • Tarixçeyi Növrəs
  • Tarixi Cahangirşah

Mənbə[redaktə | mənbəni redaktə et]

  • İslam Ensiklopediyası, Nevres maddesi
  • Osmanlı Əədbiyyatı nümunələri, s. 591
  • Türk məşhurları ensiklopediyası, s. 283
  • Münşəati əziziyyə, s.54–55
  • Fatih təzkirəsi, Nevres bahsı
  • Əsmaül Müəllifin

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Orxan İsayev. İrəvan qalasının müdafiəsindən bəhs edən əsər. Elm və həyat jurnalı. № 3, 2022.
  • Serpil Koç, Tuba Bal. XVIII. ASIR ŞÂİRİ NEVRES-İ KADÎM VE SA‘DÎ-Yİ ŞÎRÂZÎ’NİN KASÎDESİNE YAZDIĞI FARSÇA TAHMÎSİNÜSHA, 2022; (54): 1–42

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fatih Elçi, Nevres-i Kadîm’in Münşeât’ında Eş Anlamlılar: Oluşturulma Şekilleri, Yapıları ve İşlevleri
  2. Akkaya, "Nevres-i Kadîm ve Türkçe Divanı", Doktora Tezi, s. 21–22
  3. 1 2 Ə.Tərzibaşı. Kərkük şairləri.12cilddə Icild. İstanbul: Ötükən. 2013. səh. 17.
  4. Nevres-i Kadim. Tarihçe-i Nevres – İnceleme və Tenkitli Metin. Hazırlayan Hüseyin Akkaya. İstanbul, Kitabevi, 2019.
  5. Hasan Basri Öcalan, "Üftâde Tekkesi," Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (DİA), İstanbul 2007, XLII, s. 283
  6. (Hesüyin Akkaya. Nevres-i Kadim and his Turkish Divan. Part 1 Textual Analysis, Harvard, 1996, Part 2, Critical Edition and İndex, Harvard 1996
  7. Ömer Faruk Akgün, "Nevres, Abdürrazzak," İslâm Ansiklopedisi, MEBDK, İstanbul 1964, XCII, s. 230
  8. Karadere, "Nevres-i Kadîm’in Farsça Divânı", Yüksek Lisans Tezi, s. 12
  9. Əta Tərzibaşı. Kərkük şairləri. 12 cild. I cild. İstanbul, "Ötükən", 2013, səh.22