Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çələkən yarımadası
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla öztülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir.
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
Çələkən Oğurçalı boğazı
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir.. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir. Hazırda boğazın daxilində adsız ada vardır.
Şimali Çələkən körfəzi
Şimali Çələkən — Türkmənbaşı körfəzinin şimal-şərqində, Çələkən yarımadasının şimal sahillərində yerləşir. Dənizdən Çələkən burnu ilə ayrılır. Körfəzin uzunluğu 20 km, eni — 25 km, dərinliyi isə 3,8 m təşkil edir. Körfəzin girişi dayazdır və gəmilərin girişinə imkan vermir.
Bakı-Çələkən (film, 1973)
Bakı-Çələkən qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir. == Məzmun == Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir.