1. Çənbər, qurşaq, dairə şəklində gərək (əsasən metaldan olur).
Qaratoyuq ayağını cələdən çəkdikdə qıl halqa daralıb onu bənd edirdi.
Səlim də quşları tutmaq, ayaqlarına yüngül alümin halqa taxmaq işində elmi işçilərə kömək edirdi.
// Kilid əvəzinə və ya qıfılı keçirmək üçün qapıya (bəzən də pəncərəyə) vurulan həmin formada alət. Böyük qapının böyük halqası olar. ( Ata. sözü ).
…Durdum, getdim, ara qapını örtdüm və gördüm ki, hələ möhkəm qarmağı da var, qarmağı da keçirtdim halqaya, soyundum və yıxıldım yatdım.
// Bəzək üçün və ya evlilik simvolu kimi barmağa taxılan həmin formalı əşya; qaşsız üzük.
Göylərin sanki bu Göygöl kimidir; Halqa üstündəki zümrüd kimidir.
[Fitnə:] Biz çoxdan bağlıyıq bir-birimizə; Nə gərək bu qızıl halqalar bizə!
// Adətən cəm şəklində, idm. Asılmış iki çənbərdən ibarət gimnastika aləti.
// Ümumiyyətlə, halqaya, çənbərə oxşayan hər şey.
2. Zənciri əmələ gətirən dairəvi hissələrdən hər biri.
Dövlət quruluşu belədir, məmləkətdə qoyulmuş qanunların hamısı zəncirin halqası kimi bir-birinə bənd olubdur.
3. Həmin formada olan hər bir şey. Tüstü halqaları.
– Bir anda bütün ətrafda yüzlərlə lampoçka yandı, qaranlığın halqası parçalandı.
// Dairə, dövrə.
Getdikcə oynayanların halqası böyüyürdü.
□ Halqa vurmaq – dairə vurmaq, dövrə vurub oturmaq.
Qoca ləzgi bir daş üzrə oturmuş; Ətrafında kənd əhli halqa vurmuş.
Dəstə halqa vurub oturmuşdur.
// Dövrələyən, mühasirəyə alan, qapayan şey; mühasirə. Düşmən halqasını yarıb keçdilər.
□ Halqaya almaq – mühasirəyə almaq, dövrələmək, əhatə etmək.
[Fərid:] Böyük bir izdiham sarayı halqa içərisinə aldı.
Bir neçə atlı şimşək sürətilə xanı və bəyləri halqaya almış düşmənlər üzərinə şığıdı.
4. bax hədəqə. [Gülnaz] sözünün dalını deyə bilmədi.
Halqasından çıxmaqda olan ala gözlərini Firiduna dikib susdu.
halqa-halqa sif. Halqalar şəklində, burumburum. Kərbəlayı Qurban ayaqlarını uzadıb, çubuğu almışdı damağına və hərdənbir ağzından halqa-halqa tüstü çıxarırdı.
[Nəbi:] Həcərin saçları dalğadalğadır; İpək birçəkləri halqa-halqadır.