Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əcdəbiyyə
Əcdəbiyyə (ərəb. أجدابيا‎) — Liviyanın şimal-şərqində şəhər. Benqazidən 150 km cənubda yerləşir. Xəlifə Haftər burda anadan olub.
Təlli Zeynəbiyyə
Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah. Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir. == Mənası == Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır. == Mövqeyi == Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. == Tarix == Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır. 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır. Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.