Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əyyublu
Əyyublu (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd.
Əyyublu (Tovuz)
Əyyublu (əvvəlki adları: Çıraqlılar; Aşağı Ayıblı) — Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Ayıblı kəndi Əyyublu kəndi adlandırılmış, Aşağı Ayıblı kənd inzibati ərazi dairəsi Əyyublu kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Kənd XIX əsrin əvvəllərində keçmiş Gövhər Ayıblı kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların məlumatına görə, bu kənd şərti olaraq 3 hissəyə ayrılır: Aşağı Ayıblı, Yuxarı Ayıblı (və ya Qaş Ayıblı) və Qazanlar. Araşdırmalar gostərir ki, bu kəndin ilkin adı Çıraqlılardır. Zəyəmçay üzərində məskun olan çıraqlıların hakimi Eyyubxan olmuşdur. XVII–XVIII əsrlərdə kənd Eyyublu kimi də qeydə alınmışdır. Ayıblı Eyyublu adının təhrif olunmuş şəklidir. Oykonim "Eyyublu kəndinin Aşağı hissəsi" kimi başa düşülməlidir. Rayonun ərazisində Ayıblı qobusu adlı yarğan da vardır.1918-ci illərə aid edilən Rusiyanın bir hərbi xəritəsində 6 (altı) yerdə bu yaşayış məntəqələrinin adı göstərilmişdir.
Əyyublu (Urmiya)
Əyyublu (fars. ايبلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (40 ailə).
Qızılı boyunlu qızılquş
Qızılı boyunlu qızılquş (lat. Falco chicquera) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Yunlu gərgədan
Yunlu kərgədan (lat. Coelodonta antiquitatis) — Kərgədanlar fəsiləsinə aid nəsli kəsilmiş növ. Qərbi Avropa və Sibirin qarlı düzənliklərində yayılmışdı.
Düyünlü qırxbuğum
Düyünlü qırxbuğum (lat. Polygonum nodosum) - qırxbuğum cinsinə aid bitki növü.
Molla Eyyublu
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır.Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır. Qalxanabənzər vəzin kistləri çox vaxt xoşxassəli olur və bəzən bədxassəli bərk komponentləri ehtiva edən degenerasiyalı tiroid adenomaları nəticəsində yaranır.