Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əjdərha
Əjdaha (yun. δράκων — drakon) — mifik varlıq. Əjdaha obrazı birmənalı şəkildə bəlaların, quraqlığın, aclığın, xəstəliklərin səbəbkarı kimi təsvir edilir. O, həmişə yaşayış məntəqələrinə gələn şirin suların mənbəyində durur, su əldə etmələrinə imkan verir. Qarşısını kəsdiyi su dolub daşanda, yatağına sığmayıb özünə axmaq üçün yol tapanda, daha doğrusu, qollara ayrılanda əjdahanın çoxlu sayda başları əmələ gəlir (3, 7, 9, 40). Qanadlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar.
Əli Əkbərxan
Məhəmmədabad-i Əli Əkbərxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağbulaq-i Əli Əkbərxan (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Əsgərxan bulağı
Əsgərxan bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində, Kavxalı məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XIX əsrdə tikildiyi ehtimal edilir. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşüb. Bulağın gözü 2024-cü ildə Yağlıvənd kəndinin sakinləri tərəfindən təmizlənərək bərpa edilmişdir. == Haqqında == Əsgərxan bulağının əsası XIX əsrdə qoyulduğu ehtimal edilir. Yağlıvənd kəndinin yeddi əsas məhəlləsindən biri olan Kaxvalı məhəlləsinin yaxınlığında yerləşən "Əsgərxan bulağı" şair, polis pristavı, "Georgi" xaçı kavaleri Həsənəli bəy Əsgərxanovun böyük oğlu Əsgərxan bəyin adı ilə bağlı olduğu düşünülür.
Ərdəxan vilayəti
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Ağbulaq-i Əli Əkbərxan (Bicar)
Ağbulaq-i Əli Əkbərxan (fars. آغبلاغ علي اكبر خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (34 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Məhəmmədabad-i Əli Əkbərxan (Bicar)
Məhəmmədabad-i Əli Əkbərxan (fars. محمد آباد علي اكبر خان‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 62 nəfər yaşayır (11 ailə). Əhalisini kürdlər təşkil edir.
Eydərşan (Sərab)
Eydərşan (fars. يدرشان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 144 nəfər yaşayır (36 ailə).