Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlgüşad Məmmədov
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı. Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir. Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib. Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır. Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir. İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur. Rayonun əksər tədbirlərində fəal iştirak edir.
Ələmşah Məmmədov
Ələmşah Əli oğlu Məmmədov (10 mart 1950, Şahvəllər, Bərdə rayonu – 19 yanvar 2009) — Qarabağ müharibəsi dövründə fəaliyyət göstərmiş "Azadlıq" batalyonunun komandiri, döyüşçü. Ələmşah Məmmədov 10 mart 1950-ci ildə 10 uşaqlı ailənin ilk övladı olaraq Bərdə rayonunun Şahvəlilər kəndində dünyaya gəlmişdir. 1972-ci ildə, Gəncə şəhərində yerləşən Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Hərbi xidməti başa vurduqdan sonra, 1975-ci ildən etibarən, Ələmşah Məmmədov Bərdə və Tərtər rayonlarında yerləşən məktəblərdə tarix müəllimi olaraq fəaliyyət göstərmişdir. Dağlıq Qarabağda müharibənin ilk günlərindən etibarən yaxın ətrafı ilə birlikdə sayları 300-400 nəfərə çatan silahlı özünümüdafiə dəstəsi - "Azadlıq" batalyanunu təşkil etmiş və onun komandirliyi vəzifəsini öhdəliyinə götürmüşdür. Bu müddət ərzində Azərbaycan Ordusunun nizamlı hərbi birləşmələri ilə birlikdə müxtəlif döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin may ayında, Milli Məclisdəki çıxışı zamanı dövrün Müdafiə Naziri Rəhim Qazıyev o cümlədən digər hökumət və dövlət rəhbərlərini tənqid etdikdən sonra ona qarşı münasibət dəyişmiş və bir müddət sonra batalyonun bir çox üzvü kimi o da həbs edilmişdir. Barəsində konkret ittihamlar olmamasına baxmayaraq, 1 il həbsdə saxlanılan Ələmşah Məmmədov Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin qərarı ilə bəraət alaraq azadlığa çıxmışdır. 19 yanvar 2009-cu ildə vəfat etmişdir. 2017-ci ildə ARB telekanlı Ələmşah Məmmədov haqqında sənədli film hazırlamışdır.
Əlişah (Şəbüstər)
Əlişah (fars. عليشاه‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,649 nəfər yaşayır (706 ailə).
Əlişah Təbrizi
Tacəddin Əlişah Təbrizi (?-1324) — memar, vəzir. Təbrizi zəngin tacir. O, Elxanilər dövlətinin vəziri olmaqla yanaşı, XII əsrin sonlarından ömrünün axırınacan memarlıq-şəhərsalma sənəti ilə məşğul olmuşdur. Elxanilər dövrünün məşhur şəxsiyyətlərindən biri olan Xacə Tacəddin Əlişah Əbubəkr oğlu Gilani 1312-ci ildə vəzir olaraq təyin edilmişdir. Onun dəqiq doğum tarixi məlum deyil. Elxanilərin xidmətində çalışmazdan əvvəl zərgərliklə məşğul olan Tacəddin Əlişah bu peşənin onu saraya daxil edəcəyindən xəbərdar idi. Dövrünün aristokratlarının rəğbətini qazanan Əlişah Olcaytunun da rəğbətini qazanmaq üçün ona çoxlu daş-qaş hədiyyə etmişdir. Olcaytunun vəzirlərindən Sadəddin Savəci onun yüksəlişinin qarşısını almaq üçün Tacəddinin Bağdadda açılan tikiş fabrikinin başçısı olaraq təyin edilməsinə nail olur. Lakin o bu hadisəni öz leyhinə çevirməyə nail olaraq buradaki fəaliyyəti ilə öz nüfuzunu daha da artırır. Olcaytu xanın dövründə dövlətin daxili məsələlərinə Sadəddin Savəci, Fəzlullah Rəşidəddin və Tacəddin Əlişah birgə nəzarət edirdilər.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir. “Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir. “Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.