Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəliqardaş
Dəliqardaş, Saruxan (erm. Սարուխան) — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk tayfalarından biri olan tele (>dəli) etnoniminə qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur. == Əhalisi == 1828 -1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. 1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı da yaşamışdır.
Əliqara Hüseynov