Dəliqardaş
Dəliqardaş, Saruxan (erm. Սարուխան) — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Kəvər (Kamo) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 7 km cənubda, Kəvər çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal
dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim qədim türk tayfalarından biri olan tele (>dəli) etnoniminə qardaş sözünün artırılması yolu ilə əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı 1920-ci ildə dəyişdirilib Saruxan qoyulmuşdur.
== Əhalisi ==
1828 -1830 - cu illərdə Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
1897-ci ildə kənddə ermənilərlə yanaşı 15 nəfər azərbaycanlı da yaşamışdır.