Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əməköməci
Əməköməci (lat. Malva) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Çiçəkləri bənövşəyidir, yarpaq qoltuğundan çıxır, salxım, bəzən də, tək-tək yerləşir. Yarpaqları dilimlidir. Meyvəsi qutucuqdur. Latınca adı: Malva. Əməköməci cinsinin Azərbaycanda 10 növü bitir, onlar əkin sahələrində, tarlalarda, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda tapılmışdır. Gövdə və yarpaqları bişmiş və çiy halda yeyilir. Göyərti kimi xörəklərə qatılır, yaxşı bal verən bitkidir. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Alaq əməköməci
Alaq əməköməci — (lat. Malva neglecta) == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi kök boğazından çox saylı, budaqlı, qalxan və ya sərilən, 10–40 (50) sm uzunluqda bəzən iki ucludur. Yarpaqları uzun saplaqlı, ürəkvari-dairəvi, bəzən oyuqlu əsaslı, 30 mm enində, 25 mm uzunluqda, zəif 5–7 dilimli-dişli mişarlı, üstdən az, altdan sıx ulduzvari və ikiuclu tüklüdür. Çiçəkləri qeyri-bərabər düz çiçək saplağında, 2–6 sayda, bəzən tək, gövdənin əsasında yarpaqların qoltuğunda yerləşir. Ləçəkləri çəhrayı və ya qurumuş vəziyyətdə açıq göy, təpə hissədə dərin oyuqludur. Meyvə 12–16 dağılmış meyvəciklərdən ibarətdir, meyvəciklər sıx, kürək hissədə aydın olmayan qırışlıdır. == Yayılması == Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Alaq kimi tarla, bağ, bostanlarda, yollarda, hasarların dibində, çay vadisinin daşları üstündə bitir.
Girdəyarpaq əməköməci
Girdəyarpaq əməköməci (lat. Malva rotundifolia) - əməköməci cinsinə aid bitki növü.
Əməköməci (fəsilə)
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.
Əməköməci güvəsi
Əməköməci güvəsi - (lat. Pectinophora malvella) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin saçaqlı qanadlı güvələr fəsiləsinə aid olan növ Əməköməci güvəsi kəpənəklərinin bədəni bozumtul-qəhvəyi olub, qabaq qanadlarının əsası açıq-qonur rəngdədir. Hər iki cüt qanadların kənarları tünd-qonur zolaqlıdır. Dal qanadlarının xarici boz saçaqlıdır. Kəpənəklərin bədənlərinin böyüklüyü 7-8 mm-dir. Qanadlar açıldıqda isə bədənin eni 14-16 mm-dir. Yumurtaları kiçik (0,5 mm) ovalvarı olub, üzərində uzununa və köndələninə uzanan torabənzər çıxıntılar vardır. Yeni qoyulmuş yumurtalar əvvəlcə ağ olur bir az keçdikdən sonra yaşılımtıl rəngə çalır. Tırtılların rəngləri yaşlarından asılı olaraq dəyişir. Kiçik yaşlı tırtılların bədəni ağımtıl-sarı, başı isə parlaq qara rəngdə, orta və iri yaşlı tırtılların bədəni yaşılımtıl-ağ olmaqla, döş halqaları bənövşəyi və ya albalı rəngdə olur.
Alaq əməköməci, balba