Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əvəzsiz sesurslar
Əvəzsiz sesurslar- digər resurslarla əvəz olunmayan resurslar (su, işıq, torpaq və s.).
Əməli yaddaş
Əməli yaddaş qurğusu (ing. Random Access Memory – RAM) — ixtiyari müraciətə malik yaddaş olub, kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş. Kompüter söndürüldükdə ƏYQ-də saxlanılan informasiya (verilənlər) silinir. Əməli yaddaş kompüterdə iş prosesində lazım olan verilənləri özündə saxlayır. Bu verilənlər həm oxuna, həm də yazıla bilir. Əməli yaddaşa müraciət diskə müraciətdən daha tez olduğundan informasiyanın oxunması və yazılması xeyli sürətlənir. Əməli yaddaş adlandırılması da onun sürətlə işlədiyindən xəbər verir. Baxmayaraq ki, əməli yaddaşın həcmi disklərin həcmindən müqayisə olunmayacaq dərəcədə azdır, ona müraciət sürətli olduğundan əməli yaddaş kompüterdə əvəzolunmaz bir mikrosxemdir.Kompüteri yandırdıqda ilk saniyələrdə daimi yaddaşda yazılmış proqramlar vasitəsilə xarici yaddaşda, yəni sərt diskdə saxlanılan əməliyyat sisteminin proqramları əməli yaddaşa yazılır, eləcə də bizim sonradan daxil etdiyimiz verilənlər də əməli yaddaşa yazılır. Lakin işin axırında kompüteri söndürdükdə əməli yaddaşdakılar pozulur. Odur ki, kompüteri söndürməmişdən əvvəl dəyişdirdiyimiz verilənləri xarici yaddaş qurğularında saxlamaq tələb olunur.
Əməli yaddaş qurğusu

Əlsiz adamlar (film, 1932)
== Məzmun == Film tədris müəssisələrinin politexnikləşdirilməsi kimi aktual məsələyə toxunur. Çünki məktəbi yenicə bitirib müstəqil həyata başlayan gənclərdə əmək vərdişləri olmur. Ona görə də belələrini "əlsiz adamlar" adlandırırlar. == Film haqqında == Film rejissor İqor Savçenkonun kinoda ilk müstəqil işidir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: İqor Savçenko Quruluşçu rejissor: İqor Savçenko Quruluşçu operator: Mixail Fridolin Quruluşçu rəssam: Viktor Aden Rejissor assistenti: Qəmər Salamzadə === Rollarda === Hüseyn Seyidzadə — fəhlə Ağarza Quliyev — Şərif Aliyə Terequlova S. Koretskaya Zəhra Seyidzadə Ruqiyyə Seyidzadə == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 222.