Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqşin Ənvərli
Aqşin Ənvərli (10 oktyabr 1994, Qəbələ – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Faiq oğlu Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001-2012-ci illərdə Qəbələ şəhərinin N. Apayev adına 4 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsilini isə 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) alıb. Subay idi. == Hərbi xidməti == Aqşin Ənvərli 2018-ci ildə tibbi xidməti leytenantı rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmətə başladı. Bir müddət sonra isə Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Azərbaycan Ordusunun leytenantı olan Aqşin Ənvərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Aqşin Ənvərli noyabrın 6-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Döyüşlər zamanı səngərdə "baş leytenant" rütbəsi alıb.
Mirzə Ənsərli
Mirzə Məsim oğlu Ənsərli (31 dekabr 1959, Ləmbəli, Barana rayonu) — Azərbaycanlı alim, türkoloq, tarixçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == 1959-cu il dekabrın 31-də Qərbi Azərbaycanın Borçalı mahalının Borçalı nahiyəsinin Ləmbəli kəndində [indiki Ermənistan Respublikasının Noyemberyan (keçmiş Barana) rayonunun Baqrateşen qəsəbəsi) anadan olmuşdur. Doğma kəndində 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində ali təhsil almışdır (1981–1987). 1980–1981-ci illərdə hazırlıq şöbəsində oxumuşdur. == Fəaliyyəti == Əmək fəaliyyətinə Baqrataşen qəsəbəsində ağac emalı çexində və "Zeytun" sovxozunda fəhlə kimi başlamışdır (1977–1980). Sonra isə Gəncə şəhərində Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 25 saylı filialında böyük kitabxanaçı (1988–1989), Bakı şəhərində Azərbaycan Dövlət Kitab Palatasında biblioqraf, bölmə müdiri (1989–1992), Azərbaycan MEA Milli Münasibətlər İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi (1992–2002) işləmişdir. Eyni vaxtda Mədəniyyət Nazirliyinin Mədəniyyət İşçilərinin Hazırlıq və İxtisasartırma Kursunda baş metodist (1996–1997), Azərbaycan MEA Mərkəzi Elmi Kitabxanasında bölmə müdiri (1997–1999) olmuşdur. Azərbaycan Dövlət Kitab Palatasında işləyən zaman Moskvada Mətbuat İşçilərinin İxtisasartırma kursunu da bitirmiş (1990) və 1993–1996-cı illərdə Azərbaycan MEA Şərqşünaslıq İnstitutunun aspiranturasında (qiyabi) oxumuşdur. Hazırda AMEA-nın akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Türkiyə tarixi və iqtisadiyyatı" şöbəsinin böyük elmi işçisidir. Türkologiya sahəsində tədqiqatlar aparır.
Yapon əntəri
Yapon əntəri (lat. Macaca fuscata) — Əntərlər cinsinə aid olan meymun növü. Yakuşima adasında yaşayan əntərlər qısa xəzə malik olmaları ilə yanaşı özünü aparma mədəni xüsusiyyətlərinin formalaşması ilə seçilirlər. Bu səbəbdən onlar ayrı yarımnöv (Macaca fuscata yakui) hesab edilir == Xariçi görünüşü == Erkəklərin hündürlüyü 80–95 sm, kutleləri 12–14 kq, dişilər istər ölçü istərsə çəki baxımından erkəklərdən geri qalır. Meymunlar qırmızı dəriyə və tünd boz xəzə malik olurlar. Bədəni burun və əllər istisna olmaqla qəhvəyi ləkələrlə örtülüdür. Quyruqları qısa olur və 10 santımetri keçmir. Boğazlıq dövrü 170–180 gün davam edir. Yeni doğulan körpə 500 q çəkiyə malik olur. İki və daha artıq balanın doğulması nadir hallarda baş verir.
İnfuzor-tərlik
İnfuzor-tərlik, quyruqlu tərlik (lat. Paramecium caudatum) — Sadə birhüceyrəli orqanizmlərin infuzorlar tipinin tərliklər (Paramecium) cinsinə aid növ. == Yaşayış mühiti == İnfuzor-tərlik su hövzələrində yaşayır. == Quruluşu == Tərliyin bədəni xaricdən qılafla örtülmüşdür. Bədən üzərində çoxlu miqdarda kirpikİər və qısa çöpcüklər vardır. Kirpikİər tərliyin üzməsində, qidalanmasında rol oynayır. Nisbətən uzun kirpikİər olan yerdən nov-şəkilli yarıqda ağız dəliyi və onun qurtaracağında qısa udlaq yerləşir. Tərlik qıcıqlandırıldıqda qısa çöpcüklər iy şəkİində xaricə çıxır, düşmənin, yaxud ovun bədəninə sancılır və yəqin ki, dələnmiş orqanizmə zəhərli maddə daxil etməkİə onu iflic edir. Tərliyin iki nüvəsi vardır: böyük nüvə və kiçik nüvə. Bunlar sitoplazmadan məsaməli nazik qılafla ayrılmışdır.
İki nəfərlik vağzal (film, 1982)
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.