Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Seyid Abbas Əraqçi
Seyid Abbas Əraqçi (fars. سید عباس عراقچی‎; 1962, Tehran) — İran dövlət xadimi və siyasətçi. İran İslam Respublikasının Xarici İşlər Naziri (2024). Beynəlxalq əlaqələr üzrə elmləri namizədi. == Həyatı == Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir. Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999–2003) və Yaponiyada (2007–2011) səfir vəzifələrində çalışıb. Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004–2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. == İşin təbiəti == Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır.
Ərzaq
Məhsul, məmulat, ərzaq ya da yeyinti — ölkə, region və şəxsi təsərrüfatın torpaq sahəsində müəyyən kənd təsərrüfatı bitkisinin yetişdirilərək əldə edilən nəticənsiin ümumi həcmi. Əksər məhsullar tonla ölçülür.
Eldar Qarayev (əczaçı)
Rüstəm Əliyev (əczaçı)
Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954). == Həyatı və təhsili == 1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R. Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956–1966-cı illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.
Ərzaq mağazası (film, 1937)
Genetik modifikasiya olunmuş ərzaq məhsulları
GMO - (Genetik Modifikasiya olunmuş Orqanizm) genetika mühəndisliyi metodları istifadə olunaraq genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır. Bəzi qaynaqlarda GDO, Genetikası Dəyişdirilmiş Orqanizm də adlandırılır. GMOlar qida, dərman istehsalında və elmi tədqiqatlarda geniş istifadə olunmaqdadır. Dünyada xüsusilə GMO istifadə olunaraq istehsal olunan qidaya yanaşma birmənalı deyildir. GMOnun ekologiya, insan sağlığı və iqtisadiyyata potensial zərərləri haqqında qızğın müzakirələr getməkdədir. Transgen orqanizm GMO-nun bir növü olub tamamilə başqa bioloji növlərdən gen və ya genlərin köçürülməsi yolu ilə əldə olunmuş orqanizmlər nəzərdə tutulur. GMO canlının öz DNTsində dəyişikliklər əmələ gətirmək yolu ilə də əldə oluna bilər. == Tarix == 1976-ci ildə dünyanın ilk genetik mühəndisliyi şirkəti Genentech qurulmuşdur. Bir il sonra şirkət insan zülalı, somtostatini E.coli bakteriyası vasitəsilə istehsal etməyə başlamışdır. 1978-də isə şirkət insan insulin hormonunu genetik işləyərək eyni bakteriyada istehsal etmişdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (LATI /FAO/) (ing. Food and Agricultural Organization of the United Nations, FAO) — vəzifəsi əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədilə fərdi və kollektiv fəaliyyətlər aparmaq və həmçinin kənd təsərrüfatının inkişafı məsələləri üzrə hökumətlərarası təşkilatların işlərini əlaqələndirmək üçün BMT-nin ixtisaslaşdırılmış təşkilatı. 1945-ci ildə yaradılmışdır. Əsas vəzifələrindən biri – kənd təsərrüfatı istehsalı, meşə və balıq təsərrüfatında inkişaf etməkdə olan ölkələrə kömək göstərməkdir. Inkişaf etmiş kapitalist ölkələrdən ərzağın birbaşa digər ölkələrə çatdırılması, kənd təsərrüfatında elmi araşdırmaların və işlərin həyata keçirilməsi və təşkilinə köməklik daxil olmaqla, FAO yardımı maddi və qeyri-maddi xarakter daşıyır. FAO milli və beynəlxalq miqyaslı tədbirlərdə iştirak edir. FAO umumdünya torpaq xəritəsini tərtib etmiş, dünya səhralaşma xəritəsinin hazırlanmasında iştirak etmişdir. Hal-hazırda FAO səhralaşma problemi ilə əlaqəli 50-yə yaxın layihə həyata keçirir. Onlar arasında "Səhralaşmanın qiymətləndirilməsi və xəritələşdirilməsi", "Quraq və yarımquraq otlaq yerlərinin ekoloji idarə edilməsi" və s. var.
Ərdağı (Ardağlı dağı)
Ərdağı (Ardağlı) — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin suayrıcındakı Keçəltəpə yüksəkliyindən (2744,0 m) cənub-qərbə ayrılan Salahyurdu qolunun suayrıcında, Xan bulağından 1,5 km şimal-qərbdə dağ (hünd. 2230,4 m). Üst Triasın Karni mərtəbəsinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərqində müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq yamacından şimal-qərb istiqamətli Anabadgədik dərinlik qırılması keçir.
Ərdugah Əvargan-i Əraqi (Sərdəşt)
Ərdugah Əvargan-i Əraqi (fars. اردوگاه اوارگان عراقي‎, İraqlı qaçqın düşərgəsi) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (27 ailə).