Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəstəfur
Dəstəfur — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Adını sahilində yerləşdiyi Dəstəfur çayından almışdır. == Tarixi == XIX əsrdə kəndin ayrımlar tərəfindən salınması haqqında məlumat verilir. Daşkəsən rayonu da 1956-cı ilədək Dəstəfur adlanmışdır. Kəndin Digər yerli adı Qızıltaxçadır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Dəstəfur bazilikası == Coğrafiyası və iqlimi == Kənd Dəstəfurçayın sahilində, Başkənd-Dəstəfur çökəkliyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə 1 №-li və 2 №-li Dəstəfur kənd kitabxana filialları, Dəstəfur kənd Mədəniyyət Evi fəaliyyət göstərir. == Təhsil == Kənddə Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbi fəaliyyət göstərir.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Dəstəfur bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dəstəfur rayonu
Daşkəsən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Daşkəsən şəhəridir. == Tarixi == Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948-ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. Lakin rayona daha çox ermənilər məskunlaşdılırdı. Ermənilərin Moskvadakı havadarı Anastas Mikoyanın təşkilatçılığı ilə 1948–1953-cü illərdə Daşkəsənə minlərlə erməni ailəsi köçürülür. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur.