Dəstəfur — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd.[2]
Dəstəfur | |
---|---|
40°26′35″ şm. e. 46°09′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Adını sahilində yerləşdiyi Dəstəfur çayından almışdır.[3]
XIX əsrdə kəndin ayrımlar tərəfindən salınması haqqında məlumat verilir. Daşkəsən rayonu da 1956-cı ilədək Dəstəfur adlanmışdır. Kəndin Digər yerli adı Qızıltaxçadır.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Dəstəfurçayın sahilində, Başkənd-Dəstəfur çökəkliyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 646 | 304 | 342 |
2009[5] | ↘505 | ↘246 | ↘259 |
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə 1 №-li və 2 №-li Dəstəfur kənd kitabxana filialları, Dəstəfur kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[6]
Kənddə Daşkəsən rayon Dəstəfur kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Dəstəfur kənd sahə xəstəxanası yerləşir.[8]