Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avtomobilin tarixi
Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb. İlk Avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "Şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki, sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi. Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.
Ay avtomobili
Ay avtomobili, Ay maşını, Lunar rover, Lunar Roving Vehicle (LRV), Ayda istifadə üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsidir. Apollon proqramındakı Ay modulları ilə Aya nəql edilmişdirlər. Ay avtomobili, Aydakı aşağı cazibə mühitində işləmək, Ay səthində hərəkət etmək və Apollon astronavtlarına daha geniş bir ərazini tədqiq etməyə imkan vermək üçün hazırlanmışdır. Apollon 15-də David Scott və James Irwin tərəfindən, Apollon 16-da John Young ve Charles Duke tərəfindən, Apollon 17-də Eugene Cernan ve Harrison Schmitt tərəfindən istifadə edilən üç ədəd ay maşını Ay səthində olmuşdur. Hər vasitə gündə bir dəfə olmaqla, 3 günlük missiya dövründə 3 ayrı gəzintidə istifadə olunmuşdur. Apollon 15-in Ay avtomobili 3 saat 2 dəqiqə ərzində ümumilikdə 27,8 km yol qət etmişdir. Maksimum bir dəfəyə 12,5 km məsafə qət edilmiş və Ay modulundan maksimum 5 km məsafədə uzaqlaşılmışdır. Apollon 16-da Ay maşını ilə 3 saat 26 dəqiqə ərzində 26,7 km məsafə qət edilmişdir. Ən uzun gəzinti 11,6 km olmuş, və Ay modulundan maksimum 4,5 km uzaq yol gedilmişdir. Apollon 17-nin ay maşını ilə 4 saat 26 dəqiqə ərzində 35.9 km yol qət edilmişdir.
Buxar avtomobili
Buxar avtomobili — müasir daxiliyanma mühərrikləri yerinə buxar mühərrikləri istifadə edilən avtomobillər. Belə avtomobillər bir neçə əsr mövcud olub, ancaq buxar mühərrikinin aşağı səmərəliliyinə görə XX əsr əvvəllərində daxiliyanma mühərrikli avtomobillər tərəfindən sıxışdırıldı. XIX əsr sonlarında isə buxar mühərrikləri təkmilləşdirilsə də belə avtomobillər geniş tətbiq edilə bilinmədi.
Elektrik avtomobili
Elektrik avtomobili — elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalaşma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratmışdır. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başlamışdır. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxarır. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. batareyaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda batareya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər batareyanın tamami ilə bitməsindən qorxurlar.
Günəş avtomobili
Günəş avtomobili günəş enerjisini istifadə etməklə hərəkət edən nəqliyyat vastiəsidir. Günəş avtomobili adətən enerjini günəşdən alsa da, bəzi modellər əlavə batareyalardan da istifadə edirlər, amma bu batareyalar günəş enerjisi vastiasi ilə yenidən doldurula bilir. İlk günəş avtomobili 1955-ci ildə General Motorsun işçisi Viliam Cobb tərəfindən yaradılmışdır.
Kommersiya avtomobili
Kommersiya avtomobili (CV) motorlu nəqliyyat vasitələrinin bir növüdür. Kommersiya nəqliyyatı mənfəət əldə etmək məqsədi ilə malların və sərnişinlərin daşınması üçün istifadə edilən və kommersiya nömrələri alan nəqliyyat vasitələridir. Avropa İttifaqı “kommersiya məqsədləri üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi”ni hər hansı bir mühərrikli magistral yol nəqliyyat vasitəsi kimi müəyyən etmişdir. Daha kiçik tipi yüngül kommersiya nəqliyyat vasitəsidir.
Minik avtomobili
Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi. Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləri və qeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar. Minik avtomobillərinin təsnifatı Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar. Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.
İdman avtomobili
İdman avtomobilləri, idman maşını və ya idman avtomobili, kiçik həcmli, ümumiyyətlə iki oturacaqlı və iki qapılı formada hazırlanan çevik istifadəni təmin edən və yüksək performanslı maşınlara verilən addır. İdman avtomobilləri sadə dizaynlı və ya lüks sinfə aid ola bilər, lakin yüksək manevr və minimum çəkiyə malik olmalıdırlar.
Şəhər avtomobili
Şəhər avtomobili —Avropada A-Seqmenti, Yaponiyada Kei avtomobili və ya Şəhər avtomobili adlandırılan avtomobil siniflərindən biridir. Əsasən 3 m 70 sm-dən qısa olan avtomobilləri əhatə edir. Xüsusilə aşağı yanacaq sərfiyyatı ilə gənclər üçün uyğundur. Satış miqdarları və model müxtəlifliyi digər siniflərə nisbətən daha azdır. Ölçülərinə görə bu avtomobillərdə yalnız hetçbek kuzovlarından istifadə edilə bilər. Bəzi modellər öz sinifləri ilə müqayisədə istifadəçi rahatlığı və mühərrik gücü baxımından seçilirlər.
Avtomobilçi Yevlax FK
Avtomobilçi futbol klubu Yevlaxda yaranmışdır. Müxtəlif vaxtlarda “Avtomobilçi”, “Gənclik” adları ilə 2 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Formula 1 avtomobili
Formula 1 avtomobili — Bu avtomobillər tək oturacaqlı, açıq sükanlı, arxa və öndə iki qanada sahib yüksək sürətli yarış avtomobilləridir. Təyin olunmuş nizamnamələrə əsasən komandalar tərəfindən hazırlanan güclü mühərriklərlə təchiz edilmişdir. === Formula 1 avtomobili === Avtomobilləri idarə edən tənzimləmələr çempionata xasdır və istehsalın kənardan təmin edilə bilməsinə baxmayaraq avtomobillər yarış komandalarının özləri tərəfindən hazırlanmalıdır. Formula 1 avtomobilləri böyük miqdarda aerodinamik asfaltayatma qüvvəsi yaratma vasitəsilə çox yüksək manevr etmə sürətinə sahib olaraq dünya yarış treklərində ən sürətli avtomobillərdir. Əylənmə qüvvəsinin və ümumi dönmə sürətinin nəticəsi olaraq, Formula 1 sürücüləri tez-tez 5g-dən çox g yüklənmələrinə məruz qalırlar, bu yüklənmələr pik dönmə şiddətlərində 7g-yə qədərdir. == Klassik dizayn == İcazə verilən minimum çəki 740 kq(1631 lb)-dır, bu çəkiyə yanacaq xaric olmaqla sürücü daxildir. Avtomobillər quru hava təkərləri quraşdırılmış şəkildə ölçülür.