Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoliy
Adnan Aqanoviç
Adnan Aqanoviç (xorv. Adnan Aganović; 3 oktyabr 1987, Dubrovnik) — yarımmüdafiəçi mövqeyində çıxış edən Xorvatiya futbolçusu. Rumıniyanın "Sepsi" klubunda çıxış edir. == Karyera == 3 oktyabr 1987-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində anadan olan Aqanoviç, peşəkar futbol karyerasına "Dubrovnik 1919" FK, "QOİK Dubrovnik 1919" FK və "Troqir" FK kimi kiçik Xorvatiya klublarında başlamışdır. O, futbol üzrə Xorvatiya çempionatında "Mecimure" FK və "Varteks Varazdin" FK-da oynamışdır. UEFA Avropa Liqası 2011/2012 mövsümünün təsnifat mərhələsində "Varteks Varazdin", "Dinamo Buxarest" FK ilə oyun keçirmişdir. Bu oyunda Aqanoviç bir qol vurmuşdur. Aqanoviç daha sonra Sloveniyanın "Koper" FK-nun heyətinə qoşulmuşdur. O burada, Balkan yarımadasının ən yaxşı yarımmüdafiəçilərindən biri halına gəlmişdir. Növbəti mövsüm o, Xorvatiyaya geri qayıtmış və "İstra 1961" FK-nun heyətinə qoşulmuşdur.
Aldin Ağanoviç
Aldin Ağanoviç (8 dekabr 2000, Avstriya) — "Stripfing" Avstriya klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Ağanoviç Liferinq akademiyası vasitəsilə inkişaf etmişdir. Ağanoviç öz peşəkar karyerasında debütünü 29 sentyabr 2017-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 54-cü dəqiqədə Aleksander Şmidti əvəz etmişdir. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibinə 1-6 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 2 Yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Anatoliy Lukyanov
Anatoli Lukyanov(rus. Анатолий Иванович Лукьянов; 7 may 1930, Smolensk – 9 yanvar 2019, Moskva) — Sovet partiya və dövlət lideri, Rus siyasətçi. Sovet Ittifaqi KP Mərkəzi Komitəsinin katibi (1987–1988), Sovet İttifaqı KP Mərkəzi Komitəsinin Siyasi Bürosunun namizədi(1988–1990).1993-cü ildən 2003-cü ilədək Rusiya Federasiyası Kommunist Partiyasının üzvü kimi Rusiya Dumasının deputatı. Şair. Rusiya Federasiyasının Kommunist Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin üzvü (1994–2000). SSRİ Ali Sovetinin sonuncu sədri (mart 1990 — sentyabr 1991), onun rəqibi olan ilk və son SSRİ prezidenti Mixail Qorbaçovun birinci köməkçisi. 1991-ci ilin avqust ayından 1992-ci ilin dekabrına qədər Fövqəladə Komitə iddiasında saxlanılaraq, hakimiyyəti ələ keçirmək üçün sui-qəsd edilib, sonra isə digər şübhəlilərlə birgə əfv verildi. Hüquq elmləri doktoru (1979), Moskva Dövlət Universitetinin professoru, Lomonosov (2004). Rusiya Federasiyasının əməkdar hüquqşünası (2012). == Həyatı == Bir əsgər ailəsində anadan olmuşdur.
Anatoliy Rafailov
Rafailov Anatoliy Xaimoviç (5 fevral 1953, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı. == Həyatı == 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə "Hesed Qerson" Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən "Sağlam ailə" MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir. 4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.