Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürgan
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Gürgan (Azərbaycan)
Gürgən — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Coğrafiyası və iqlimi == Abşeron yarmadasının şərqində, Xəzər dənizinin sahilində, Bakı-Pirallahı avtomobil yolunun kənarında yerləşir. Quru subtropik iqlimə malikdir. == Adının mənşəyi == Gürgan sözü fars və tat dilərində canavar mənasını verən "gürg" sözü ilə bağlıdır. Cəm şəkilçisi -an ilə birlikdə, qəsəbənin adı bu dillərdən "canavarlar" kimi tərcümə olunur. == Tarixi == Gurgan qəsəbəsi Xəzər dənizi sahilində, Abşeron yarımadasındadır. Qəsəbə Zirə kəndindən ŞƏRQ-də yerləşən Gurgan burayonunun adı ilə adlandırılmışdır. Qədimdə bu ərazidə Gurgan Şəhəri olmuşdur. Xəzər dənizinin suyunun qalxması ilə Şəhər suya qərq olmuş, sonralar suyun səviyyəsinin enməsi ilə yenidən üzə çıxmışdır. Zirədən Şərqə gedən qədim yol Gurgan yolu, yaxınlıqdakı üzümlüklər isə Gurgan bağları adlanır.
Gürgan (İran)
Gürgan və ya Qorqan — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 269,226 nəfər və 73,702 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə türkmənlər və s...də az sayda bu şəhərdə yaşayırlar. Bu şəhərin keçmiş adı Astrabad idi.
Gürgan burnu
Gürgan burnu — Abşeron yarımadasının şərqində, Abşeron körfəzi sahilində yerləşir. İnzibati cəhətdən Bakı şəhəri Xəzər rayonu ərazisinə daxildir. Burun Qu adasından şimal-qərbdədir.
Gürgan şəhristanı
Gürgan şəhristanı (fars. شهرستان گرگان‎) — İranın Gülüstan ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gürgan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 393,887 nəfər və 105,120 ailədən ibarət idi.
Qurqan (Xoy)
Qurqan (fars. قورقان‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qurğan (Soyuqbulaq)
Qurğan (fars. قورغان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 241 nəfər yaşayır (52 ailə).
Gürgan salamandrı
Gürgan salamandrı (Paradactylodon persicus) — Asiya salamandrı fəsiləsinin adı.
Qurqan (İrəvan xanlığı)
Qurqan - İrəvan xanlığının Sürməli mahalında kənd adı. == Tarixi == 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağılmışdır. Bu kəndin adının mə'nası haqqında üç mülahizə irəli sürmək olar. XIII əsrdə monqolların tərkibində gəlmiş türkmənşəli Qurqan tayfasının adını əks etdirir. Türk dillərində qurqan - düzən yerdə 1000 alaçıqdan ibarət dairəvi formalı dayanacaq, düşərgə sözündəndir. Türk dillərində tayfa başçısının qəbri üstündə ucaldılan konusvarı təpə-kurqan sözündəndir. Qeyd edilməlidir ki, Azərbaycan və ERmənistan ərazilərində qədim türk tayfalarına məxsus olan bə'zi kurqanlar xalq içərisində XIX əsrə qədər müqəddəs sayılırdı (məs: Laçın r-nunda Qurqanbaba piri və s.).
Ağlağan
Ağlağan Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. == Toponimkası == Ağlağan- Tiflis quberniyasının Borçalı qəzasında və İrəvan quberniyasının Aleksandropol qəzasında dağ adı. Bozabdal dağ silsiləsinin zirvələrindən birinin adıdır. Loru və Pəmbək bölgələrini ayıran dağdır. (hünd.2992m.) İlk dəfə "Kitabi-Dədə Qorqud" eposunun IV boyunda "kafirlərin" (yəni xristianların) sərhəddində dağ kimi çəkilir. Keçmişdə Qazax-Borçalı ellərinin yaylaq yeri olmuşdur. Ağ və mənası məlum olmayan Laqan sözlərindən ibarətdir. XIX əsrdə İrəvan quberniyasının Eçmiadzin qəzasında Qızıl-Laqan, Şimali Qafqazda Stavropol quberniyasının Böyük Derbet ulusunda Laqan-Xuduk, Dağıstan əyalətinin Teymurxanşura dairəsində Çakas-Laqan və başqa toponimlərdə mənası məlum olmayan "laqan" sözü vardır. 1747-ci ildə Borçalı bölgəsinin Baydar nahiyəsində bir kənd də Laxan adlanırdı. XX əsrin 30-cu illərində Ağlağan dağı fərmanla ermənicə Urasar adlandırılmışdır.
Carqurğan
Carqurğan (özb. Jarqoʻrgʻon) — Özbəkistanın Surxandərya vilayətində şəhər. == Əhalisi == Tacikistandakı vətəndaş savaşı dönəmində bir çox sayda yerli Özbəklər oradan Carqurğana köçdü və şəhər əkinçilik sahəsində inkişaf etməyə başladı.
Durqan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Durğan
Durğan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 477 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçılar bu oykonimi Düğon toponiminin təhrif forması hesab edir, düğ (Zərdüşt dininin təriqət davamçılarına verilən ad) və ən (cəmlik bildirən şəkilçi) komponentlərinə ayıraraq izah edirlər. Əslində, bu coğrafi ad həmin ərazi üçün yad olmayan dolan/dulan tayfa adı ilə bağlı etnotoponimdir.
Fürqan
FÜRQAN (ərəbcədir, ayırma, fərqləndirmə deməkdir) – Quranda fərqləndirmədir (III, 2, XXI, 49). Allahın bəndələrinə göndərdiyi bütün müqəddəs kitablara, yəni Qurana, Tövrata, İncilə və Zəbura aid edilir. Fürqanın ikinci mənası qurtuluşdur. 624-cü ildə Bədr yaxınlığındakı çarpışma, yəni Məhəmməd Peyğəmbərin məkkəlilərə qalib gəldiyi döyüş "Qurtuluş günü" – "yaum əl-Fürqan" adlandırılır. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.113.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Kurgan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Kurqan
Kurqan — Orta Asiyada ki köhnə Türk məzarlarına verilən ad. Ümumiyyətlə dövlət idarəçisi olanlar üçün edilmişlər. Kurqanlar taxtalarla, bəzən də daşlarla çevrilmiş məzar otaqlarının üstünə bir metr ilə yetmiş metr arasında torpaq yığılmasıyla yaradılar. Kurqanlarda əsl məzar otağı bəzən düzbucaqlı, bəzən kvadrat və ya oval ola bilirdi. Cəsədin tapıldığı yerə bəzən doğrudan çatıla bilir, bəzən də bu otaq altda yerləşirdi. Cəsəd otağının döşəməsi ağac kötükləri və kalasdan hazırlanırdı. Cəsədlərin başı Şərqə çevrilmiş olar və əşyaları ilə birlikdə kurqanlara basdırılardı. Fərqli bölgələrdə kurqanlarda at cəsədlərinə də rast gəlinmişdir. Bu günə kimi olan ən əhəmiyyətli kurqan Qazaxıstandakı Esik kurqanıdır. Çöldə xüsusilə soylular üçün ən məşhur məzar növü kurqandır.
Qorqan
Qorqan (Füzuli) — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (Şabran) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Qorqan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Qorğan
Qorğan — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Qorğan kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == Kəndin əhalisi 575 nəfər təşkil edir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Qurban
Qurbanvermə və ya qurbankəsmə — sitayiş və ya günahı yüngülləşdirmək üçün olaraq bir ilaha maddi varlıqların, heyvanların və ya insanların canlarının təqdim edilməsi. Ritual heyvan qurbanları haqqında dəlillər ən azı qədim ibranilər və yunanlardan bəri müşahidə edilmişdir. Güman edilir ki, bu, onlardan da ondan əvvəl də mövcud olmuşdur. Ritual insan qurbanları haqqında dəlillər, həmçinin Avropa sivilizasiyalarında olduğu kimi, ən azı Kolumbdan əvvəlki Mezoamerikan sivilizasiyalarında da mövcud idi. İndiki dövrdə bir çox dinlər tərəfindən subyektin insan olmadığı müxtəlif ritual qurbanlar tətbiq olunur. Qurbanvermə, xüsusən də qan qurbanı demək olar ki, bütün dünyada sırf kişi ayinidir və kişiləri bir-birinə bağlamağa xidmət edir: "bu, doğuşun "təbii" qan tökülməsindən yuxarı və kənara çıxan qohumluq əlaqələri yaradır". Digər məqamlar arasında qurbanlıq qan və məhsuldarlıqla bağlı qan var. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Korte, Anne-Marie. Bekkenkamp, Jonneke; de Haardt, Maaike (redaktorlar ). Significance Obscured: Rachel's Theft of the Teraphim Divinity and Corporeality in Gen.31 32 [Translation: Mischa F.C. Hoyinck].
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qarqan
Qarqan-i Ülya (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. Qarqan-i Süfla (Mahnişan) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd.
Arqan
Sideroksilon (lat. Sideroxylon) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin sapotaceae fəsiləsinə aid bitki cinsi.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Abarğan (Mərənd)
Abarğan (fars. ابرغان‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,184 nəfər yaşayır (505 ailə).
Abarğan (Sərab)
Abarğan (fars. ابرغان‎) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,301 nəfər yaşayır (315 ailə).